Maqomedali Maqomedova Azərbaycanın “Dostluq” ordeni, Murad Kajlayeva Prezidentin fəxri diplomu təqdim edilib
Yusif Nəzərli
20:16 12.11.2021
Aktual
660
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasının uzun illər rəhbəri olmuş, ümummilli lider Heydər Əliyevlə birgə çalışmış, Azərbaycana yüksək ehtiram bəsləyən Maqomedali Maqomedov “Dostluq” ordeni və SSRİ xalq artisti, görkəmli bəstəkar və dirijor, uşaqlıq və gənclik illəri Azərbaycanda keçmiş Murad Kajlayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən “Report”a verilən məlumata görə, səfir Polad Bülbüloğlu bununla bağlı Dağıstan Respublikasına səfər edib, Dağıstanın rəhbəri Sergey Melikov, Maqomedali Maqomedov və Murad Kajlayevlə görüşüb.
S.Melikovla görüş zamanı Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də Yaraq-Qazmalar (Rusiya Federasiyası) – Samur (Azərbaycan Respublikası) dövlət sərhəd keçid məntəqəsi ərazisində mövcud vəziyyət müzakirə olunub.
Polad Bülbüloğlu Dağıstanın rəhbərini ölkəmizə səfərə dəvət edib.
Səfir M.Maqomedovla görüşdə ali mükafatı ünvan sahibinə təqdim edib, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərini qeyd edərək ona Prezident İlham Əliyevin təbriklərini çatdırıb. M.Maqomedov xalqımız, ümummilli lider Heydər Əliyev haqqında yüksək fikirlər söyləyərək, onunla birgə çalışdığı illəri xatırladıb. Həmçinin Azərbaycanın 90-cı illərdə üzləşdiyi çətinlikləri yada salaraq qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyev ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxarıb və Azərbaycan inkişaf yoluna qədəm qoyub. Bu gün də bu yolun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
M.Maqomedov göstərilmiş yüksək diqqətə görə dövlət başçımıza dərin təşəkkürünü bildirib.
M.Kajlayevə fəxri diplomun təqdimetmə mərasimi “Xüsusi istedadlı uşaqlar üçün M.Kajlayev adına Respublika İncəsənət Məktəbi”ndə keçirilib. Məktəb xorunun ifasında öncə Azərbaycan, Rusiya və Dağıstanın himnləri səsləndirilib. Daha sonra isə Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən musiqi parçaları, eləcə də Tofiq Quliyevin Bakı haqqında mahnısı ifa olunub.
Səfir Prezident İlham Əliyevin Murad Kajlayevə ünvanlanmış təbrik məktubunu oxuyub və Prezidentin yubilyara xoş arzularını çatdırıb.
Öz növbəsində M.Kajlayev Prezidentimizin ali ünvanına xoş sözlər səsləndirib və ona dərin təşəkkürünü bildirərək, Bakı ilə bağlı əziz xatirələrini bölüşüb. Bundan əlavə, bəstəkar şəxsi arxivindən vaxtilə rəhbərlik etdiyi orkestrin “akademik” statusu alması ilə bağlı ümummilli lider Heydər Əliyevin ona ünvanladığı 1993-cü ilə aid təbrik məktubunu Polad Bülbüloğluna təqdim edib. Səfir sözügedən əmanəti Heydər Əliyev Fonduna təqdim edəcəyini bildirib.
M.Maqomedov və M. Kajlayev ilə keçirilmiş görüşlərdə Dağıstanın rəhbəri Sergey Melikov da iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə