Marsa ancaq qadınlar göndəriləcək
Yusif Nəzərli
09:46 06.05.2023
Aktual
452
Çünki qadınların kişilərə nisbətən geriyə dönə bilmək imkanları daha yüksəkdir
“Scientific Reports” elmi jurnalının araşdırmasına görə, Marsa göndəriləcək ilk astronavt heyətinin tərkibi bütünlüklə qadınlardan ibarət olacaq. Bunun səbəbi qadınların kişilərə nisbətən daha az vasitələrdən istifadə etməsi və geriyə dönə bilmək imkanlarının daha yüksək olmasıdır. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, kosmik sahə mütəxəssisləri Marsa göndəriləcək astronavtların seçiminin çətin olacağını hesab edirlər. Marsa uçmaq istəyənlər bir daha geri dönməmək təhlükəsini gözə almalı, təxminən 7 ay müddətində qapalı kosmik gəmidə qalacaqlarını bilməli və buna təkcə fiziki deyil, psixoloji cəhətdən də hazır olmalı, yüksək səviyyəli təlim keçməlidirlər. Son araşdırmaya görə, Marsa göndəriləcək heyətdə qadınlar təmsil olunmalıdır. Fransanın Məkan Fiziologiyası Tibb İnstitutunun professoru Jonatan P.R.Skotun rəhbərliyi altında çalışan beynəlxalq heyət Marsa başlanğıcda məhz qadın astronavtların göndərilməsi versiyası üzərində dayanıb. Kişi astronavtlarla qadınların fərqini araşdıran heyət qadınların oksigen və ümumi enerji sərfiyyatı, karbondioksid, istilik və su ehtiyatlarından qadınların daha az istifadə etdiyini müəyyənləşdirib. Qadınların infarkt keçirmək ehtimalı da kişilərə nisbətən çox aşağıdır. Həmçinin qadın hormonları radiaktiv şüalanmaya qarşı da daha dayanıqlıdır. Buna görə də qadın astronavtlar daha avantajlı hesab edilib. Bundan əlavə, Marsda qurulması planlaşdırılan yaşam sahəsi modullarının əgər sakinlər qadınlar olacaqsa, daha kiçik ölçülərdə tərtib edilə bilər. Bütün bunlar Marsa ilk səyahət edəcək astronavtların məhz qadınlar olması ehtimalını artırır. Bənzər araşdırmalar təqribən 70 il öncə - 1950-ci illərdə NASA tərəfindən də aparılıb. Və qadın astronavtların kişi astronavtlara nisbətən daha üstün olması dəqiqləşib.
Oxşar xəbərlər
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Türkoloji Qurultayda iki Türk alimi - Əli bəy Hüseynzadə və Fuad Köprülü Bakıda nə söylədi?
20:59 30.06.2026
Xəbər lenti
Hamısına bax
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat