
Məhsa Mehdili: Təbrizdə Azərbaycan mahnılarının səsləndirməsi bütün iranpərəstlərin canına vəlvələ salıb
11:49 25.02.2025
Aktual
503
Həqiqət acıdır, Təbrizin Azərbaycanın qalası olduğunu görən paniranistlər də həmin acını çəkəcəklər
İranda Azərbaycan əleyhinə təbliğatın əsas simalarından olan Əli Əkbər Raefipurun şagirdlərindən biri olan Behbud Kaboli X hesabında Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin “Azərbaycan musiqisi valehedicidir. Təbrizdən eşitmək çox xoşdur” paylaşımına qərəzli münasibət bildirib. Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Behbud Kaboli Azərbaycanın ərazi bütövlüyünə dil uzatmaqdan da çəkinməyib:
“Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin. Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də Təbrizdən səslənən əsl İran musiqisidir. Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz. Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”.
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a bildirib ki, həmin videoları bir azərbaycanlı olaraq görəndə göz yaşlarımı saxlaya bilməyib:

“Əli Əlizadənin Azərbaycan mahnılarını səsləndirməsi bütün iranpərəstlərin canına vəlvələ salıb. Belə reaksiyanı təkcə, Behbud Kabolinin deyil, eyni zamanda əksər şəxslərin timsalında görmək mümkündür. Paniranistlərin siravi vətəndaşları belə sözügedən məsələ ilə bağlı aqressiv reaksiya göstəriblər. Təbriz Azərbaycanın mədəni olaraq tarixi mərkəzidir. Bu həqiqətin isə bütün paniranistlər fərqindədir. Həmçinin Təbriz Azərbaycançılığın qalasıdır. Cənubi Azərbaycanda Təbriz bizim cəbhəmizdir. Həmin cəbhənin yeni nəsillər tərəfindən belə qorunduğunu gördükləri üçün paniranistlər qorxu keçirirlər. Onlar belə naşı reaksiyalar verdikcə biz daha da güclənirik. Biz vətən anlayışımız Azərbaycandlr. Artıq biz bu cür səhnələri gördüymüzə görə çox xoşbəxtik. Hər zaman dilimiz və mədəniyyətimizin sistematik olaraq hücuma məruz qalıb. Paniranistlər bütün dövlət imkanlarından istifadə edərək bizə hücumlar ediblər, lakin heç bir nəticə almayıblar. Behbud kimi ucuz şəxslərin boş fikirlərinin heç bir mənası yoxdur. Onlar əvvəl də belə hadisələrə yol atıblar, hətta dilimizi və Azərbaycan vətən anlayışımızı alacaqlarını söyləyirdilər. Cənubi Azərbaycanda Azərbaycan dövlətçiliyinin daha da güclənməsi çox önəmlidir. Həqiqət acıdır, Təbrizin Azərbaycanın qalası olduğunu görən paniranistlər də həmin acını çəkəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstan Prezidenti ilə telefon danışığı aparıb
14:17 16.02.2026
Dünya
Əraqçi və Qrossi texniki müzakirələr aparıb
13:37 16.02.2026
Gündəm
Ukraynada azərbaycanlı snayper öldü - Foto
13:17 16.02.2026
Hadisə
Marko Rubio ABŞ-nin Avropa üçün “qırmızı xətt”ini açıqlayıb
13:15 16.02.2026
Gündəm
“Azərsell” abonentlərə açıq-aşkar hədə-qorxu gəlir - Alimdən ETİRAZ
12:59 16.02.2026
Ölkə
FTX əməliyyat keçirdi, nazir saxlanıldı
12:55 16.02.2026
Gündəm
“Neftçi”nin 5 il gözlədiyi məhsuldarlıq
12:44 16.02.2026
Futbol
Xocalıya növbəti köç karvanı yola salınıb
12:14 16.02.2026
Qarabağ
Sabah Ruben Vardanyana hökm oxunacaq
12:11 16.02.2026
Gündəm
Katarakt hazırda 94 milyondan çox insana təsir edir
12:02 16.02.2026
Sağlamlıq
"Liverpul"un sabiq futbolçusu həbs olundu
11:54 16.02.2026
Futbol
“Qurtuluş” Reabilitasiya Mərkəzi bağlandı
11:48 16.02.2026
Ölkə
Ramanada uşaq evində 2 yaşlı uşaq qızılcadan ölüb - YENİLƏNİB
11:39 16.02.2026
Hadisə
Son iki gündə 108 cinayətin açılması təmin edilib
11:30 16.02.2026
Hadisə
Qırğızıstanda üç nazir işdən çıxarıldı
11:15 16.02.2026
Gündəm