Mənzərə budur:“Azərbaycan-NATO kontaktları sıxlaşacaq”
Fidan Həmişəyeva
14:34 22.06.2021
Aktual
679
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonağı salamlayan Z.Həsənov Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni diqqətə çatdırıb.
Diviziya generalı M.Tokel Alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini xüsusi qeyd edib. O, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
Görüş barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı 1997-ci ildən başlayıb:
“Azərbaycan bu günə qədər demək olar ki, NATO-nun bütün sülhməramlı fəaliyyətində iştirak edib. Eyni zamanda ölkəmizin hava məkanı davamlı olaraq NATO sülhməramlı fəaliyyətlərinin həyata keçirilməsi üçün açıq elan olunub.
Digər tərəfdən Azərbaycan həm də ABŞ ilə NATO çərçivəsində Əfqanıstandakı sülhməramlı fəaliyyətlərin təmin edilməsi üçün logistik mərkəz rolunu oynayıb.
Yəni həmin təyyarələrin yanacaq və müxtəlif ləvazimat daşınmasında ölkəmizdən istifadə olunub.
Ordumuzun Vətən müharibəsindən sonra kiçik türk ordu modelinə uyğunlaşdırılması mesajını da xatırlayırıq.
Türk ordu modeli dedikdə o başa düşülür ki, Türkiyə NATO-nun ikinci ən güclü ordusudur. Dolayısı ilə bu, həm də ordumuzun NATO standartlarına uyğunlaşdırılması prosesinin başlamasına işarə idi.
Bu görüş məhz Azərbaycanın türk ordu modelinə keçidi, NATO ilə əməkdaşlığın daha da inkişafına xidmət edir. Belə görüşlərin gələcəkdə daha da artacağını gözləmək mümkündür. Yaxın günlərdə ABŞ-ın Azərbaycandakı səfiri də ölkəmizi etibarlı tərəfdaş adlandırmışdı.
Bu zaman ortaya belə bir mənzərə çıxır: Azərbaycanla NATO kontaktları gələcəkdə daha da sıxlaşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət