“Müdafiə Nazirliyində oturan divləri tutmaq lazımdır”
Yusif Nəzərli
08:38 05.03.2022
Aktual
531
Fazil Mustafa deyib ki, oğrulardan müsadirə olunan vəsaitləri hərbçilərə verməliyik
Parlamentin dünənki iclasında millət vəkili Fazil Mustafa deyib ki, bölgəmizdə baş verən müharibə təhlükəsi hamımızı narahat edir: “Qarabağda müəyyən işlər hələ də qalır. Bölgəni müəyyən ünsürlərdən təmizləmək üçün biz Müdafiə Nazirliyini təmizləməliyik. Nazirlikdə aparılan son işlər məni sevindirir. Nazirliyin bütün strukturlarında olan köstəbəkləri aradan qaldırmalıyıq. Tərtər hadisələrində, savaşda da bunu gördük. Əsas orda oturan divləri tutmaq lazımdır. Hansısa kiçik məmurun əli ilə bu oğurluq baş verə bilməz. Biz müsadirə olunan vəsaitləri müavinət olaraq hərbçilərə verməliyik. Azərbaycan hərbçisinin həyat şəraitini yaxşılaşdırmalıyıq. Sonradan haqqı pozulmuş hərbiçinin, zabitin haqqını bərpa etmək olmur. Onların çoxu xəstəlik tapır. Hərbi prokurorluq tərəfindən bəzi zabitlər süni ittihamlarla məsuliyyətə cəlb olunurdu. Hamılıqla ordunu qorumaq üçün ölkə Prezidentinin bu istiqamətdə apardığı işi dəstəkləməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi