NATO ölkələrinin müdafiə nazirləri toplandı! – “Putini dayandırmasanız, növbəti hədəf...”
Yusif Nəzərli
14:35 16.03.2022
Aktual
931
NATO-ya üzv ölkələrin müdafiə nazirləri alyansın Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında toplanıblar. Rusiyanın Ukraynaya hücumlarına son qoymaq səylərinin müzakirə olunacağı toplantı baş katib Yens Stoltenberqin iştirakı ilə keçirilir.NATO-nun iclasına alyansa üzv olmayan Ukrayna, Gürcüstan, İsveç və Finlandiyanın müdafiə nazirləri, həmçinin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel də dəvət olunub.
İclasdan əvvəl NATO-nun baş katibi Stoltenberq ABŞ-ın müdafiə naziri Lloyd Austin ilə birlikdə jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynaya hücumunu “amansız işğal” adlandırıb.
Böhranın Ukrayna hüdudlarından kənara çıxmaması üçün məsuliyyətin NATO-nun üzərinə düşdüyünü bildirən Stoltenberq qurumun alyansın şərqindəki varlığını artırdığını qeyd edib.
Görüşü “Sherg.az”a izah edən siyasi şərhçi Rusif Məmmədsoy Vladimir Putini məğlub kimi dəyərləndirib:
“Hazırda dünyada çox ciddi proseslər baş verir. Dünya böyük bir təhdidlə qarşı-qarşıyadır. Bu da nüvə silahı və onu hər an hərəkətə gətirə biləcək Vladimir Putindən ibarətdir. NATO ölkələrinin əsas müzakirə mövzusu da məhz bu istiqamətdə olacaqdı. Hər kəsi bir sual düşündürür. Putini necə dayandıraq? O, indiki vəziyyətdə hər şeyə hazır görünür. Çünki hansısa bir çıxış yolu yoxdur.
Rusiya faktiki olaraq Ukraynaya hücumla siyasi, iqtisadi və strateji məğlubiyyətə uğrayıb. Bütün bu baş verənlərdən sonra rəsmi Moskva ilə Ukrayna arasında sülh müqaviləsi imzalansa belə, Vladimir Putin bunun cavabını öz cəmiyyətinə verə bilməyəcək”.
Siyasi şərhçi vurğulayıb ki, Qərb NATO ölkələrini qorumaq üçün diqqətli olmalıdır:
“Bu mənada Qərb NATO ölkələrinin təhlükəsizliyi ilə bağlı bir daha fikirləşməlidir. Hətta Volodimir Zelenski də açıqlaması zamanı bildirib ki, əgər Putini dayandırmasanız, növbəti hədəf Şərqi Avropa ölkələri, Polşa və.s olacaq. Həmin görüşün məğzini toxunduğum nüanslar xüsusilə təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə