Norveçli professor "Şərq" ə danışdı: "NATO Rusiya ilə güc dili ilə danışmaq istəyir"
Yusif Nəzərli
10:17 29.03.2022
Aktual
1103
Rusiya ilə Ukrayna arasında müharibə artıq bir aydır ki, davam edir. Bu günlərdə Türkiyədə tərəflər arasında növbəti görüş keçirilir. Əslində həm Moskvadan, həm də Kiyevdən verilən mesajlar müsbətdir. Hər ikisi sülhə hazır olduğunu deyir. Di gəl...Birinin dediyini digəri eşitmək istəmir. Rusiya Prezidenti Vladimir Putin və onun yaxın ətrafı dünyanı inandırmağa çalışır ki, Ukraynada "xüsusi əməliyyatlar" gedir. Ukrayna dövlət başçısı Vladimir Zekenski isə, demək olar, hər gün beynəlxalq tribunalardan planetə səslənir, kömək istəyir, xəbərdarlıq edir...Onun "Rusiya dayanmayacaq" tezisi əslində Üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıqdır. Doğrudanmı, Kremli dayandıran olmayacaq?
Norveçli professor Qlen Diesen bu barədə "Sherg.az"a danışıb. Onun fikrincə, indiki proseslər gözlənilən idi:
"Mən müharibəni tənqid edənlərin tərəfindəyəm. Amma xəyalpərəstlik bəzən dəhşətli qərarlarla nəticələnir. Məsələ ondan ibarətdir ki, mütəxəssislər NATO- nun genişlənməsinin Rusiya ilə Soyuq müharibəyə və ya nüvə savaşına səbəb olacağı barədə son 25 il ərzində dəfələrlə xəbərdarlıq ediblər. Alyansın Rusiya sərhədlərinə qədər yaxınlaşması onun nüvə müharibəsinə hazır olduğunu göstərir. Bu, Rusiyanın işğalına bəraət qazandırmır, lakin biz böyük dövlətlərin necə hərəkət etdiklərinin mahiyyətini başa düşməliyik. Bizə deyirlər ki, Rusiya ordusu zəif və qeyri- funksionaldır. Hərçənd Moskva sadəcə öz döyüşlərini məhdudlaşdırır. Təkcə bir faktı deyim: bu yaxınlarda müəyyənləşib ki, ABŞ- ın İraqa atdığı raketlər Rusiyanın bu müddət ərzində Ukraynaya qarşı istifadə etdiyi həmin növ silahlardan dəfələrlə çoxdur. Biz bu reallığı etiraf etmək istəmirik. Rusiyanın apardığı savaş strateji xarakter daşıyır.
Rusiya nə qədər çox müqavimətlə üzləşsə, müharibə bir o qədər dağıdıcı olacaq. Bunu Mariupol şəhərində baş verənlərin timsalında gördük. Media Rusiyanın hələ Kiyevi ələ keçirə bilmədiyini iddia edir. Hərçənd rus əsgərləri indiyədək belə əmr almayıblar. Ən ciddi döyüşlər Donbasda gedir. Oradakı ukraynalı hərbçilər müqavimət göstərirlər. Onlar məğlub olandan sonra əsas döyüşlər başa çatacaq, rus və çeçen hərbçilərinin işi daha da asanlaşacaq".
Professor ukraynalı hərbçilərin peşəkarlığını yüksək qiymətləndirib:
"Onlar çox cəsarətlə döyüşürlər. Ona görə də ruslar öz taktikalarını dəyişməli olur. Lakin biz Moskvanın hələ də böyük güc olduğunu qəbul etməliyik. Tətbiq olunan sanksiyalar bu dövlətin iqtisadiyyatını zəiflətmək, rublu dəyərdən salmaq və ölkəni dünyadan təcrid etmək üçündür. Ancaq bu, hələ özünü doğrultmayıb. Biz beynəlxalq ictimaiyyətin Kremli təcrid etdiyini düşünürük. Hərçənd bu, sadəcə NATO ölkələrinə və onların ən yaxın müttəfiqlərinə aiddir. Elə ölkələr var ki, onlar Rusiyanı dəstəkləməsələr də, tərəfsizliklərini qoruyurlar. NATO Rusiya ilə güc dili ilə danışıq aparmaq istəyir. Halbuki 30 illik konfliktin səbəbi elə budur. Ötən müddət ərzində Alyans Kremlə qarşı güc dili ilə danışdı, Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoyulmadı. İndiyədək həm NATO, həm də Rusiya çoxlu səhvə yol verdi. Bunun nəticəsində isə indi ukraynalılar əziyyət çəkirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya