Osman Gündüz: "Asan imza-nın inhisarçılığı ölkədə rəqəmsallaşmaya ciddi zərbə vurur"
08:25 14.11.2021
Aktual
434
" Bu dövlət layihəsindən hər ay kimlərsə təxminən 1 milyon manat qazanc götürür"
“Uzun illər həllini gözləyən problemlərdən biri də "yeni nəsil" şəxsiyyət vəsiqəsindəki e-imza məsələsidir. Hansı ki, bu vəsiqələrədəki e-imzanın indiyədək də heç bir əhəmiyyəti yoxdur, heç bir yerdə istifadə etmək mümkün deyil. Çünki, sadəcə, aktivləşdirilməyib. Baxmayaraq ki, 2014-cü ildə bununla bağlı Prezident fərmanı verilib, lakin indiyədək bu fərman icra edilməyib”.
Sherg.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O qeyd edib ki, səbəb olaraq müxtəlif versiyalar səslənsə də, e-imza bazarında "Asan imza"nın hökmranlığında maraqlı olanların müqaviməti daha çox diqqət çəkib:
“Yeri gəlmişkən, "Asan imza"nın ASAN-a heç bir aidiyyatı yoxdur. Sadəcə, bir xarici vətəndaş tərəfindən, görünür ki, "təhlükəsizliyi" təmin etmək üçün bu ad mənimsənilib. Cavabdeh qurum olan keçmiş NRYTN e-imzanı aktivləşdirmək üçün hər şeyin hazır olduğunu dəfələrlə bəyan etsə də həmin qeyd olunan maraqlı tərəflər 7 ildir ki, buna imkan verməyiblər. Ümumiyyətlə , görünən odur ki, əvvəlki nazirlər, Əli Abbasov və Ramin Quluzadə , dəfələrlə rəsmi açıqlamalar versələr də bu problemi həll edə bilmədilər. Görünür ki, müqavimət göstərən tərəfin iradasini qırmağa gücləri çatmadı. Biz də yazmaqdan yorulduq və bir müddət bu məsələ unuduldu. İndi bu sahədə vəziyyət necədir? Rəşad Nəbiyev nazir təyin olunandan sonra bu sahədə müəyyən dirçəliş hiss olunur”.
O.Gündüz problemin həll ediləcəyi ilə bağlı müxtəlif səviyyələrdə açıqlamalar verilib:
“Bir neçə gün öncə RİNN rəsmiləri yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın aktivləşdirilməsi ilə bağlı qanunvericilik layihəsinin hazırlandığını bildirib. Belə görünür ki, RİNN problemi həll etməkdə israrlıdır və həlli üçün nisbətən uzun müddət tələb edilsə də , daha ağlabatan yol seçilib.
Yeri gəlmişkən, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində də yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların hazırlanması üçün büdcədən 48.3 milyon manat ayrılması nəzərdə tutulub. Mobil imza sahəsində Asan imza-nın inhisarçılığı ölkədə rəqəmsallaşmaya ciddi zərbə vurur. Rəqəmsal prosesləri ləngidir. Vətəndaşlarımız rəqəmsal üstünlük qazana bilmirlər. Nə qədər faydalı olsa da, Asan imza-nın inhisarçılığı, əsassız qiymət artımları rəqəmsal transformasiyaya ciddi ziyan vurur, bu dövlət layihəsindən hər ay kimlərsə təxminən 1 milyon manat qazanc götürür. Hazırkı mobil imza inhisarçılığı şəraitində RİNN-in operator olduğu elektron imzaya əlçatanlığın artırılması, yeni bir mobil imzanın istifadəyə verilməsi istiqamətində addımların atılması da məntiqli olardı. Yeri gəlmişkən, inanıram ki, son zamanlar icraya nəzarəti gücləndirmək üçün "Dövlət Nəzarəti İnformasiya Sistemi " formalaşdıran Prezident Administrasiyasındakı məsul şəxslər də fərqindədirlər ki, bütün imkanlar mövcud olduğu halda Prezident fərmanı 7 ildir ki icra olunmur. Ümid edirəm gələn il şəxsiyyət vəsiqələrimiz Prezident fərmanında qeyd edildiyi kimi həiqətən "Yeni nəsil" olacaq və oradakı e-imzadan effektiv istifadə edə biləcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət