
PA-da Vətəndaş Qəbulu Mərkəzi! – “Yığılıb qalmış problemlərin həlli...”
Yusif Nəzərli
14:05 28.03.2022
Aktual
788
Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb.Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir.Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər. S.Nuriyevin sözlərinə görə, bu Mərkəz ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq.

Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni yeni istifadəyə verilən Vətəndaş Qəbulu Mərkəzi ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, burda əsas məsələ vətəndaş məmnunluğunu təmin etmək, müraciət edənlərin şikayətlərinə baxıb zamanında onların həlli istiqamətində tədbirlər görməkdir:
“Vətəndaş müraciətlərinin əlçatan olması idarəetmənin ən əsas prinsiplərindən biridir.Cənab Prezident İlham Əliyev də hər zaman deyib ki, bizim siyasətimizin əsasında vətəndaş dayanır.
Biz dövlətimizin inkişafı, idarəetmənin təşkili, islahatların aparılması üçün nə ediriksə, onların hamısı vətəndaşa xidmət üçündür. Vətəndaşların məmnun olduğu yerdə inkişafdan danışmaq olar. Əks halda inkişaf mümkün deyil”.
Rauf Zeyninin fikrincə, qəbul prosesi ilə vətəndaş məmnunluğu təmin ediləcək:
“Bu yığılıb qalmış vətəndaş problemlərinin həll olunmasında da çox mühüm rol oynayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə