
“Pakistanın təcrübəsindən istifadə etmək məqsədəuyğundur”
Yusif Nəzərli
14:14 28.03.2022
Aktual
543
Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin münasibətlərdəki yeniliklərdən bəhs edib. Məlumata görə, hər iki ölkənin işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı planları var. X.Bhattin açıqlamasında bildirib ki, birgə müəssisələr yaradılması təklif edilir:
“Pakistan çox böyük, inkişaf etmiş aqrar sektora malik olduğundan, Azərbaycanla birlikdə Qarabağda bəzi layihələr həyata keçirə bilər. İki ölkənin şirkətlərinin Gəncədə düyü dəyirmanı açmaq planları da var. Azərbaycan tərəfi ilə birgə müəssisənin açılması ilə bağlı müzakirələr aparılır. Pakistan şirkətləri Qarabağda tikinti işlərində də mühüm rol oynaya bilər. Artıq bununla bağlı bəzi şirkətlər Azərbaycanın müxtəlif institutları ilə danışıqlar aparır. Bu, Azərbaycana əhəmiyyətli dərəcədə birbaşa xarici investisiya gətirə bilər".
Dövlət Gömrük Komitəsinin məlumatına görə bu ilin yanvar-fevral aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 3,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % çoxdur.
Hazırda Azərbaycanda 2 mindən çox Pakistan şirkəti var.

Azərbaycan və Pakistan arasındakı münasibətlərdən “Sherg.az”a bəhs edən politoloq İlqar Vəlizadə işğal zonalarında birgə müəssislərin açılmasını praktiki cəhətdən əhəmiyyətli hesab edib:
“SSRİ vaxtında Ağdam yüngül sənayenin mərkəzlərindən biri olub. Həmçinin Füzulidə pambıq emalı zavodları yerləşib, kənd təsərrüfatı sahəsi inkişaf edib. Ona görə də, həmin regionlarda bu cür müəssisələrin yaradılması zəruridir. Pakistan dünyada yüngül sənayədə malların istehsalı ilə məşğul olan aparıcı qüvvələrdən biridir. Geyim, ayaqqabı, əşyalar və s. orada bol çeşidlidir. Əlbəttə, Pakistanın təcrübəsindən istifadə etmək məqsədəuyğundur".
Politoloq vurğulayıb ki, Pakistandakı bir çox müəssisə dünya brendlərinə aiddir:
“Dünyadakı məşhur müəssilər Pakistanda müəssisələr açaraq mallarını istehsal edirlər. Keyfiyyətləri çox yüksəkdir. Həm İran, həm Avropa bazarlarına çıxardılır. Bu təcrübədən də yararlana bilərik. Burada açıla biləcək fabriklər və müəssisələr böyük yerli xammalın istifadəsi ilə bizə xeyir verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə