
Parlamentari: ABŞ üçün beynəlxalq hüquqi dəyərlər tamamilə formaldır
Yusif Nəzərli
04:36 10.10.2024
Aktual
517
Deputatın sözlərinə görə, sanksiyalar təzyiq aləti kimi başqa dövlətlərin milli maraqlarına qarşı istifadə olunur
Prezident İlham Əliyev “Rossiya-1” telekanalına müsahibəsində ABŞ-nin Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib. Dövlət başçısı 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri vurğulayıb ki, bu sanksiyalar 2001-ci ildə ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb: "Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatlarının Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil". Prezident əlavə edib ki, ümumiyyətlə, sanksiya siyasətinin mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə: “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”. Qeyd edək ki, özlərini demokratiya carçısı kimi təqdim edən Qərb dövlətlərinin, xüsusən ABŞ-nin Azərbaycana qarşı qərəzli mövqeyi bir daha özünü göstərdi. Qarabağ münaqişəsi başa çatandan sonra ABŞ-nin fərqli yanaşma tərzi açıq-aşkar büruzə verməyə başladı. Son iki ildə isə Bayden administrasiyası açıq şəkildə Ermənistanın müdafiəsinə qalxıb və Azərbaycanı yeri gəldi-gəlmədi hədəfə almağa çalışır. İndi ABŞ Azərbaycana qarşı fərqli siyasət həyata keçirir. Erməni diasporunun əlində siyasi alətə çevrilən Bayden hakimiyyəti ölkəmizlə bağlı qərəzli bəyanatlar səsləndirir. ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr, bəzi siyasətçilərin bəyanatlarının mətni Amerika Dövlət Departamentində hazırlanır və bu, birbaşa ABŞ-nin Azərbaycana siyasi hücumudur.
Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Sherg.az”a deyib ki, Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar siyasəti doğru deyil. Deputatın sözlərinə görə, sanksiyalar təzyiq aləti kimi başqa dövlətlərin milli maraqlarına qarşı istifadə edilir:

"Bu da doğru hadisə deyil. Nəticə etibarilə müharibələrin öz qaydası var. Doğrudur, onun iqtisadi komponentləri də var, amma bir şərtlə ki, sanksiyalar obyektiv əsaslarda və doğru şəkildə tətbiq olunsun. Hüquqa zidd olmayan formatda sanksiyaların gücündən istifadə olunsun. Təəssüf ki, sanksiyanın tətbiq edilməsi məsələsində də bütün digər məsələlərdə olduğu kimi, Amerika Birləşmiş Ştatları ikili standartlara istinad edir. Məsələn, Rusiyaya sanksiya tətbiq etdiyi, sanksiyaları bir cəza kimi gördüyü halda, həmin sanksiyaları pozan şirkətləri "qara siyahı"ya aldığı halda, sanksiyaları pozan Ermənistana heç bir cəza tətbiq etmir, buna göz yumur. Nəticə etibarı ilə sanksiyaların tətbiqi ilə bağlı əldə edilmək istənilən səmərəlilik itir, eyni zamanda ikili standartlar yaranır. Yəni kimsə, hansısa subyekt sanksiyanı pozursa, o, cəzalandırılır, başqa bir subyekt isə mükafatlandırılır. Məsələnin mahiyyəti bundan ibarətdir".
Parlament üzvü düşünür ki, Azərbaycan Prezidentinin sanksiya müharibələrinə münasibəti tamamilə doğru və haqlıdır:
"Sanksiyaların tətbiqi onu göstərdi ki, hər hansı bir ciddi nəticə əldə etmək mümkün deyil. Tətbiq formalarının özü hüquqa ziddir. Heç bir dövlətin başqa bir xalqın öz vergiləri hesabına formalaşmış maliyyə resursunu məhdudlaşdırmağa hüququ yoxdur. Amerika Birləşmiş Ştatları üçün beynəlxalq hüquqi dəyərlər tamamilə formaldır. Amerikanın özünəməxsus hüquqları var və bu hüquqların real, beynəlxalq hüquqla, ədalətlə heç bir əlaqəsi yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region