
Parlamentari: Prezident 2-ci Şuşa Qlobal Media Forumunun açılışında önəmli məsələlərə toxunub
11:40 22.07.2024
Aktual
642
Prezident İlham Əliyev iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumundakı “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxışında Azərbaycanın uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olduğundan bəhs edib.
Dövlət başçısı Azərbaycana qarşı təbliğatda erməni diasporunun oynadığı aparıcı roldan danışaraq bildirib: “Onlardan biri Ermənistan ilə Azərbaycan arasında olan münaqişə və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili Arzu Nağıyev bildirib ki, cənab prezident “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışında önəmli məsələlərə toxunub:
“Bunlar həm Ermənistan, həm də Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk Qrupunun ləğv olunması, digəri isə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi idi. Bildiyiniz kimi, 30 ilə yaxın bir müddətdə ATƏT Mİnsk qrupu yaranma məqsədinə uyğun heç bir fəaliyyət göstərməyib. Bu müddət ərzində təşkilat gündəliyində olan tapşırıqları doğru yerinə yetirməmişdi. Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməsi sözügedən təşkilatın heç bir işə yaramadığını düşünməyə əsas verir. Əlavə olaraq qeyd edim ki, bu təşkilatın tərkibinə daxil olan dövlətlər Ermənistanın dəstəkçiləridir. Ona görə də bu məsələdə heç bir şəffaflıqdan söz gedə bilməz. Zaman özü də bunu sübut etdi”.

Parlamentarı qeyd edib ki, ikinci məsələ isə Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olmasıdır:
“Belə ki, burda olan bəzi müstəqillik haqda müddəalar Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Əlbətdəki, sülh bağlamaq istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiasının olması absurd məsələdir. Ona görə də bu məsələnin həlli sülhə gedən yolda önəmli addımlardan biri ola bilər. Ermənistan baş naziri Nikol Paşinyanın İlham Əliyevlə bir araya gəlməkdən imtina etməsinin kökündə də bu məsələ durduğunu düşünürəm. Ancaq rəsmi İravan başa düşməlidir ki, bu məsələ həll olmamış heç bir sülhdən söz gedə bilməz. Prosesin reallaşması üçün Ermənistan hakimiyyəti erməni cəmiyyətinə ideoloji təsir etməlidir. Biz dövlət olaraq hər zaman sülhün tərəfdarıyıq və hesab edirəm ki, Cənubi Qafqazda sülhü bərqərar etmək üçün heç bir dövlətin vasitəçiliyinə ehtiyacımız yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrandan sonra Kubaya “yeni həyat” vəd etdi
21:15 07.03.2026
Gündəm
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng edib
20:38 07.03.2026
Rəsmi
Metroda cibgirlik edən şəxs saxlanılıb
20:25 07.03.2026
Hadisə
Rusiyadan Azərbaycan və İrana çağırış
20:08 07.03.2026
Dünya
Sabah Ramazanın ilk Qədr gecəsidir
19:53 07.03.2026
Dünya
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib
19:09 07.03.2026
Rəsmi
Savaş dayanandan sonra qızıı bahalaşa bilər -İqtisadçı
18:55 07.03.2026
İqtisadiyyat
Türkiyə Şimali Kiprə F-16-lar göndərir
18:27 07.03.2026
Dünya
İran Körfəzdə neft tankerinə PUA ilə hücum edib
17:56 07.03.2026
Dünya
Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:25 07.03.2026
Siyasət
Bayram Beqay İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
17:16 07.03.2026
Rəsmi
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
16:47 07.03.2026
Siyasət
Polis odlu silah-sursat aşkar etdi
16:34 07.03.2026
Hadisə
İranda dərslər ilin sonuna qədər onlayn olacaq
16:00 07.03.2026
Dünya
Tramp: İran bu gün çox güclü zərbə alacaq
15:41 07.03.2026
Dünya
Avstriya səfiri İrandan təxliyə olundu
15:25 07.03.2026
Gündəm