Prezident Bilal Ərdoğanı qəbul etdi - YENİLƏNİB
Yusif Nəzərli
09:14 05.03.2022
Aktual
469
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq Etnoidman Forumunun əhəmiyyəti vurğulandı, onun yüksək səviyyədə təşkil olunduğu bildirilib. Xalqımızın ənənəvi idman növlərinə böyük marağının olduğu qeyd edilib.
Görüşdə bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Sonda Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib.
10:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi