Prezident və ailəsi Ulu Öndərin məzarını ziyarət etdilər
Yusif Nəzərli
12:50 10.05.2023
Aktual
334
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Bakupost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdilər.
Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ ilə sülh danışıqlarının ikinci raunduna razılaşıb
14:06 21.04.2026
Dünya
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat