
Prezidentin Suqovuşana səfəri! - Deputat:"Bu qəsəbə turistlərin ən çox üz tutduğu yerlərdən biri olacaq"
Yusif Nəzərli
07:58 23.03.2022
Aktual
490
"Prezident İlham Əliyevin Tərtərin Suqovuşan qəsəbəsinə səfəri göstərir ki, yaxın gələcəkdə turistlərin ən çox üz tutduğu yerlərdən biri də bura olacaq".
"Sherg.az" xəbər verir ki, bu barədə Tərtərin millət vəkili Sahib Alıyev deyib.
Deputat bildirib ki, Suqovuşana təkcə yerli yox, böyük sayda əcnəbi turistlərin də gəlmə ehtimalları çox yüksəkdir:

"Çünki dövlət başçımızın tapşırığıyla çəkilən Talış-Tapqaraqoyunlu-Qaşaltı yolu Suqovuşanı Naftalanla birləşdirəcək. Bu isə o deməkdir ki, Naftalan kurortlarında dincələnlər üçün uzağı yarım saata Suqovuşana gəlmək imkanı yaranır. Regionda sağlıqla istirahət turizmi bir araya gətirildiyindən hər ikisinin cəlbediciliyi yüksələcək. Suqovuşan turizm kompleksinin varlığı Naftalana gələnlərin sayını daha da artıracaq.
Bir sözlə, Tərtər rayonu da ölkənin turizm mərkəzlərindən birinə çevrilə bilər. Ən azından dövlətimiz bunun üçün nə gərəkirsə edir. İnanmaq istərdim ki, xidmət sektorunda çalışanlarımız da bu fürsəti düzgün dəyərləndirəcəklər. Yüksək xidmət mədəniyyətinin, ədalətli qiymət siyasətinin və dürüst davranışın turistlər üçün gözəl təbiət, çağdaş infrastrukturdan heç də az əhəmiyyət daşımadığını unutmayacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət