Putin-Paşinyan görüşü! – Masada nələr olub?- “Ermənistan əleyhinə qərarlar...”
Yusif Nəzərli
14:33 17.03.2022
Aktual
884
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışığı zamanı Qarabağı müzakirə edib. Söhbət zamanı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunulub. Tərəflər Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.
Eyni zamanda, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov Moskvada keçirilən görüşdə Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov görüşün yekunlarına dair mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, həmçinin 3+3 regionla əməkdaşlıq platformasının inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Sergey Lavrov bildirib ki, 3+3 platforması mexanizmi vasitəsilə bu regionda ümumi qonşuların münaqişədən sonrakı qarşılıqlı fəaliyyəti üçün əsaslar qoyulub.
Rusiya XİN rəhbəri həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması kursunu alqışlayıb:
“Biz öz növbəmizdə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın dərinləşməsinə imkan verəcək birgə işə hazır olacağıq”.
Vəziyyəti “Sherg.az”a şərh edən tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov bildiribki, ümümiyyətlə, Qarabağ məsələsi Ukrayna müharibəsi başlamazdan öncə çox aktiv müzakirə olunurdu:
“Çox yaxşı xatırlayırıq ki, 21 fevralda, Rusiyanın Donestsk və Luqansk qondarma respublikalarını qəbul etdiyi gündə Prezident İlham Əliyev Rusiyaya getdi və görüş keçirildi. Görüşün nəticəsində 22 fevralda Rusiya və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı”.
F.Abbasov hesab edir ki, son baş verən görüş və danışıqlar Ermənistanın xeyrinə həll olunmayacaq:
“Fikrimcə, hazırda Paşinyanın Qərb yönümlü siyasətçi və Ermənistanın Qərb xülyaları ilə yönəldilən bir respublika olduğunu nəzərə alsaq, Putinlə Paşinyanın görüşməsində Ermənistanın xeyrinə olan qərarlar alınmayıb.
Əgər Ukrayna savaşı sırasında, Rusiyanın ciddi şəkildə hərbi ehtiyacı olduğu bir zamanda Qarabağda yerləşdirilən sülhməramlıların bir hissəsinin oradan çıxarılmasından söz gedirsə, bu ancaq Azərbaycanın xeyrinə olan bir məsələ kimi gündəmə gələ bilər. Zaman-zaman əlbəttə ki, bütün bunların hamısının şahidi olacayıq.
Mənə elə gəlir ki, bu görüşlər, eləcə də 22 fevralda Rusiya və Azərbaycan arasında imzalanan “Moskva Bəyannaməsi” nəticədə Qarabağda qalmış erməni seperatçılarının tör-töküntüləri çıxarılmasına səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya