Qarabağda mülki erməniləri silahlandırırlar
Yusif Nəzərli
13:00 13.11.2021
Aktual
600
Araik Arutyunyan açıq şəkildə etiraf edir ki, Azərbaycan Ordusuna qarşı “cəbhə xətti” formalaşdırıblar
Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanın “proqram” xarakterli çıxışı bunu təsdiqləyir. Separatçıların başçısı deyir ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək imkanları genişləndiriləcək”. Bununla bağlı qondarma “qanun layihəsi” mart ayında irəli sürülüb. Məsələ Qarabağdakı erməni mülki əhalinin də silahlanmasından ibarətdir.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu məqam bir neçə məsələni ön plana çıxarır. Analitikin fikrincə, separatçılar gələcək toqquşmalara hazırlaşır:
“Burada həm mümkün anti-terror əməliyyatlarına qarşı “müdafiə olunmaq”, həm də iddia etdikləri keçmiş “DQMV”-nin “ərazisini” bərpa etmək niyyətləri var. Separatçılar Qarabağdakı mülki erməniləri də terrorçuya çevirir. Onların nə vaxtsa Azərbaycan vətəndaşlığını qəbul etməsi imkanlarını sıradan çıxarır. Mülki ermənilər silah tuşladıqları ölkənin vətəndaşı olmaqdan çəkinəcəklər. Separatçılarda silahların sayı mülki əhaliyə də paylayacaq qədərdir. 44 günlük müharibədən sonra bu qədər silahın olması təsadüfi deyil. Bu, Laçın dəhlizindən kiçikçaplı silahların Qarabağa daşındığı, dəhlizdən zaman-zaman erməni dəstələrinin keçidinə icazə verən rus sülhməramlılarının mülki avtomobillərin yük yerində kiçikçaplı silahların keçirilməsinə şərait yaratdığı fikrini önə çıxarır. Separatçılar Azərbaycana qarşı mülki əhalidən ibarət “könüllü dəstələr” formalaşdırır.”
A.Nərimanlıya görə, ən vacib məsələ Laçın dəhlizindən silah-sursat daşınmasıdır: “İstisna deyil ki, yüklər dəhlizə vizual nəzarət edən Azərbaycan hərbçilərinin görə bilməyəcəyi kiçikçaplı silahlar, o cümlədən, artilleriya mərmiləri və s. ibarətdir. Araik onu da qeyd edir ki, “cəbhə xəttinin möhkəmləndirilməsi, funksiyalarının lazımi şəkildə yerinə yetirilməsi üçün xeyli iş görülüb”. Baş separatçı açıq şəkildə etiraf edir ki, Azərbaycan Ordusuna qarşı “cəbhə xətti” formalaşdırıblar və rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da postları var. Qarabağa qanunsuz səfər edən Ermənistan Müdafiə naziri Arşak Karapetyan da terrorçuların qurduğu postlarda olub. Görünən budur ki, müharibənin başa çatmasından bir il sonra Qarabağda separatizm yenidən güc toplayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət