“Qərb Saakaşvilini yenidən hakimiyyətə gətirə bilər” - ŞƏRH
Yusif Nəzərli
09:49 05.03.2022
Aktual
772
“Qərb indi Rusiyanın tam zəifləməsini gözləyir”
“Bu baş versə, rəsmi Moskva Saakaşvilinin də hakimiyyətə qayıdışını əngəlləyə bilməyəcək”
Rusiyanın Ukraynaya işğalçı hücumuna ilə əlaqədar dünyanın müxtəlif ölkərində Ukraynaya dəstək aksiyaları keçirilir.Belə aksiyaların geniş vüsət aldığı ölkələrdən biri də Gürcüstandır.Dünən paytaxt Tbilisində parlamentin binası qarşısında quraşdırılmış monitorlarda telekörpü vasitəsilə Ukrayna dövlət başçısının müraciəti yayımlanıb. Müraciəti Ukraynaya dəstək aksiyasının iştirakçıları alqışlarla qarşılayıblar.
Siyasi şərhçi Azər Rəşidoğlu Gürcüstandakı hadisələrin hazırkı gedişatından “sherg.az”a danışarkən bildirib ki,Kremlin hədəfində olan ölkələrdən biri də Gürcüstandır:
“Cənubi Osetiya və Abxaziyaya Tiflis nəzarət edə bilmir. İndi həmin ərazilər rusların nəzarətindədir. Separatçı rejimlər Kremlin əsas gücüdür. “DXR”, “LXR”, Dnestryanının separatçı rejimi, Qarabağda hələ də sağ qalan separatçıların tör-töküntüləri, Baltikyanı ölkələrdəki rusdilli əhali Moskva üçün casus şəbəkəsidir. Gürcüstana nəzarət mühümdür”.
Analitikin fikrincə, hazırda Qərb dirəniş göstərə bilsə, bu dalğada Rusiyanın qatı əleyhdarı olan Saakaşvilini yenidən hakimiyyətə gətirə bilər:
“Belə olduqda,Rusiyanın Qafqazda təsiri əsaslı dərəcədə sarsıla bilər”.
A.Rəşidoğlu vurğulayıb ki,Azərbaycan Orta Asiyaya çıxışdır və bizim ölkəmiz də Kremlin işğal planlarında risk qrupundadır:
“Ruslar Xəzərə də nəzarət əldə etmək istəyirlər. Bu baxımdan Rusiyanın Qara dəniz, Xəzər dənizi uğrunda savaşı qaçılmazdır”.
Analitikin qənaətincə, Ukraynada savaş uzanarsa, Rusiya ağır sanksiyalarla uzağı 6 ay supergüc statusunu qoruya bilər:
“Bəlkə də Qərb indi Rusiyanın tam zəifləməsini gözləyir. Bu baş versə, rəsmi Moskva Saakaşvilinin də hakimiyyətə qayıdışını əngəlləyə bilməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi