
Qərbin baxışı müsəlman ölkələrinə qarşı dəyişmir
Yusif Nəzərli
21:22 29.03.2022
Aktual
760
100 il öncə soyqırım törədən ermənilər öz cəzalarını almalıdır
Məsələni beynəlxalq hüquq müstəvisinə çıxartmalı, tarixi olaylara baxışı da kökündən dəyişməliyik
Əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən törədilən qətliamlar olub. Həmin dövrdə Bakı şəhərində, quberniyaya daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları törədilib.
On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb. Kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıblar. Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub. Ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə” binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmaqdadır.

Türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə bildirib ki, 31 mart soyqırımının 104-cü ildönümü ilə bağlı tədbirlər daha genişmiqyaslı olmalıdır. Alim vurğulayıb ki, təşkil olunan konfranslarda əsas məqsəd dünya ictimaiyyətini erməni vəhşiliyi ilə tanış etmək, onları məlumatlandırmaqdır:
“Diqqətə çatdırmalıyıq ki, bu gün Ukraynada, yaxud dünyanın digər ölkələrində yaşanan fəlakət, qətllər, uşaq və qadınların öldürülməsi faktları yüz il öncə ermənilərin əli ilə Azərbaycanda baş verib. Ukraynada, Gürcüstanda və yaxud başqa xristian ölkəsindəki işğal faktlarına, qətliamlara kifayət qədər diqqət yönəldilir. Amma əfsuslar olsun ki, müsəlman-türk ölkələrinə münasibətdə bunu görmürük. Yüz il öncə Qərb ölkələrinin regionumuzdakı proseslərə yanaşması necə idisə, indi də beynəlxalq təşkilatların baxışı eynidir. Ermənilər sadəcə Bakıda, Şamaxıda, Qubada, Qarabağda deyil, eyni zamanda Cənubi Azərbaycan şəhərlərində də soyqırımı törədiblər, günahsız insanları qılıncdan keçiriblər. Ancaq dəhşətli qırğınlara indiyədək lazımi qiymət verilməyib. O baxımdan məsələni beynəlxalq hüquq müstəvisinə çıxartmalı, tarixi olaylara baxışı da kökündən dəyişməliyik. Beynəlxalq hüquq ancaq xristian dininə mənsub xalqlar üçün olmamalıdır. Azərbaycan türklərinin də hüquqları tanınmalı, soyqırımı törədən ermənilər öz cəzalarını almalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya