QHT Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza yaradır
10:48 08.07.2024
Aktual
1057
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı elektron baza yaradır. Bu elektron baza Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi çərçivəsində hazırlanır.
"Sherg.az"ın xəbərinə görə, İctimai Birliyin sədri və layihənin rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, Qərbi Azərbaycanın irsi mövzusu Qərbi Azərbaycanla bağlı həyata keçirilən fəaliyyətlərdə xüsusi önəm daşıyır:
“Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılmış və ya saxtalaşdırılmışdır. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olmuşdur. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.”
C. Hüseynzadə qeyd edib ki, bu tipli elektron baza ilk dəfədir yaradılır:
"Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar azərbaycan və ingilis dillərində toplanılacaq. E-bazada müxtəlif kriteriyalar üzrə axtarış sistemi qurulacaqdır. İlkin mərhələdə 200 maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual