Rusiya ağlını itirib! – “Dil və əcdad məsələsini aktuallaşdırmaqla monoetnik dövlət...”
Yusif Nəzərli
13:07 30.03.2022
Aktual
736
“Müasir nasizmlə faşizmin birləşməsindən yaranmış axmaq məsələdir”
“Heç faşistlər belə bir şey etməyiblər”
Yalnız rus dilini bilənlərin həmvətənlər sırasına daxil edilməsi təklifi ilə Dövlət Dumasına qanun layihəsi təqdim olunub.
Rusiya Dövlət Dumasının saytının yaydığı xəbərə görə təşəbbüs MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin tərəfindən irəli sürülüb.
Qanun layihəsində “vətəndaş” anlayışının yeni variantı təklif edilir. Buna uyğun olaraq, həmvətənlər Rusiya Federasiyasının dövlət dili kimi rus dilində danışan, tarixən şimal qonşumuzun ərazisindəki xalqlara mənsub olan, birbaşa əcdadları Rusiya Federasiyasının ərazisində doğulan və ya yaşayan şəxslər kimi tanınır.
Eyni zamanda, SSRİ-nin dağılmasından sonrakı 30 il ərzində SSRİ vətəndaşlığına malik olmayan yeni həmvətənlər yetişib.
Sənəddə bildirilir:
“Bununla bağlı olaraq, SSRİ vətəndaşlığı ilə əlaqə “vətəndaş” anlayışının tərifindən çıxarılıb.
Əgər dövlət xaricdə yaşayarkən ümumrusiya mədəni kimliyini qoruyub saxlayanlara qayğı göstərirsə, rus dilini bilmək şərtini “həmvətən” anlayışına daxil etmək də təbiidir”. Qeyd edək ki, rəsmi Moskvanın Ukraynada yeritdiyi işğalçı rejim dünyada gərgin vəziyyət yaradıb. Belə çətin situasiyada Rusiyanın “vətəndaş” məsələsi ilə bağlı addımı suallar yaradır. Şimal qonşumuz nələrdənsə qorxduğu və ehtiyat etdiyi üçün bu mövzunu gündəmə gətirə bilər.
Mövcud durumla bağlı “Sherg.az”a açıqlama verən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Rusiyanın "vətəndaş" anlayışının yeni variantını başa düşülməyən məsələ adlandırıb:
“Bu mövzunun gündəmə gətirilməsi nəyin ki, rus şovinizmidir, sırf nasizmdir. Rus əcdadları olanların məskunlaşmasından bəhs edilirsə, heç ruslar orada yaşamayıblar. Daha çox türklər, müxtəlif formalarda tatarlar, başqırdlar, kalmıklar, saxalar, buryadlar və s. yaşayıb. Görürük ki, türk mənşəlidirlər. Bu, birbaşa insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Birdən-birə Rusiyanın belə sərsəm ideyanı gündəmə gətirməsi çox şeylərdən xəbər verir. Çünki Lev Qumilyovun əsərində sübut olunub ki, rusların 280 il moğolların əsarəti altında olması onların bütün köklərini dəyişib. Fyodor Dostoyevski, vurğulayırdı ki, rusu qaşısan, tatar olacaq. Genetik olaraq bu mənşədəndirlər”.
Professor Rusiyanı nasist dövlət kimi dəyərləndirib:
“Amma bu rus dili və əcdad məsələsini gündəmə gətirməklə monoetnik dövlət qurmaq istəyirlər. Müasir nasizmlə faşizmin birləşməsindən yaranmış axmaq məsələdir. Heç faşistlər belə bir şey etməyiblər. Rusiya dövlət kimi ağlını itirib. Bu mövzu ilə bağlı söz ehtiyatım çatmır. Hibrid bir millətçilik formasıdır”.
C.Nuriyev bildirib ki, ermənilərin bizimlə bağlı ideyasının gündəmə gəlməsində rus faktoru böyük rol oynayır:
"Şimal qonşumuzdakı erməni diasporunun böyük xidməti var. Rusiya Xarici işlər naziri Sergey Lavrov və digərlərinin səyləri də danılmazdır. Rusiya Dövlət Dumasının gərgin vəziyyətdə belə qanunu müzakirə etməsi ağılasığmazdır. Ad qoya bilmirəm. Ermənilər də deyirdi ki, onlara dünya dəyməsin, yoxsa sivilizasiya batar. Deməli, bu cür düşüncəni rəsmi Moskva təlqin edib.
Ruslar özlərini Allahın seçilmiş bəndələri sayırlarsa, şəfa diləməliyik. Belə vəziyyət onlar üçün çox pis nəticələnəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya