Saakaşvili Əliyevi örnək göstərdi:“Rusiyadan çəkinmədən..."
Fidan Həmişəyeva
09:12 21.06.2021
Aktual
845
"Sabiq lider dolayısı ilə demək istəyib ki, Prezident İlham Əliyev Rusiya faktorundan çəkinməyib”
“Ölkəsinin ərazi bütövlüyünü təmin etməyə hazırlaşıb və nəticədə buna nail olub”
“Burada üstüörtülü şəkildə Gürcüstan hökumətinə yönəlik qınaq da olmamış deyil”
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın “1 + 1” telekanalında “Hakimiyyət hüququ” siyasi tok-şousunun iştirakçısı olarkən bir neçə il əvvəl təyyarədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbətini xatırladıb:
“İlham Əliyevin təyyarəsində Strasburqdan uçurduq (Avropa Şurasında birlikdə çıxış etdik). Təyyarə Qara dəniz sahili üzərindən uçdu. Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin bie az aşağıdan uçmasını istədim. Çünki Abxaziya üçün darıxırdım, ailəm oradandır.
Və o dedi: “Bilirsən Mişa, həm bizim, həm də sizin üçün bu bir neçə illin məsələsidir. Gecə-gündüz bu barədə düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq ... ”.
“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Saakaşvilinin açıqlamasında bir neçə önəmli məqam var:
“Birincisi, M.Saakaşvili Azərbaycanın çox səmimi dostudur. 44 günlük savaş dövründə Azərbaycanın haqlı mübarizəsini açıq şəkildə dəstəkləmişdi. Hətta Ermənistanın ünvanına sərt ittihamlar da səsləndirmişdi.
Digər tərəfdən, indi məlum olur ki, M.Saakaşvili Azərbaycanın dostu olmaqla yanaşı, onun Azərbaycan Prezidenti İlham Əliyev ilə xüsusi münasibətləri var. Bu, Azərbaycan Prezidentinin qonşu dövlətlərlə normal münasibətlər qurmaq bacarığını da göstərir.
Eyni zamanda, M.Saakaşvilinin Azərbaycan Prezidentinin dilə gətirdiyi "Gecə-gündüz bu barədə düşünməliyik, hazırlaşmalıyıq" məsləhətini xatırlaması da xüsusi mesaj xarakteri daşıyır. O, bununla bir tərəfdən Prezidenti İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində daim düşündüyünü, buna hazırlaşdığını gündəmə gətirib. Digər tərəfdən isə Gürcüstanın hakimiyyət dairələrinə dolayısı ilə Azərbaycanı və onun Prezidentini örnək göstərməyə çalışıb”.
E.Xalidbəylinin sözlərinə görə, M.Saakaşvili dolayısı ilə demək istəyib ki, Prezident İlham Əliyev Rusiya faktorundan çəkinmədən ölkəsinin ərazi bütövlüyünü təmin etməyə hazırlaşıb və nəticədə buna nail olub:
“İndi Gürcüstan da Azərbaycanı örnək almalıdır, öz ərazi bütövlüyünü təmin etməyə hazırlaşmalıdır və Rusiya faktorundan çəkinməməlidir. Burada üstüörtülü şəkildə Gürcüstan hökumətinə yönəlik qınaq da olmamış deyil.
M.Saakaşvili öz ölkəsinin siyasi dairələrinin mövcud vəziyyətlə barışdığına, Rusiya faktoru qarşısında geri çəkildiyinə eyham vurur. Təbii ki, M.Saakaşvili təcrübəli siyasi xadimdir. Gürcüstanın bu günkü inkişaf səviyyəsi onun hakimiyyəti dövründə yürüdülən daxili və xarici siyasət kursu ilə birbaşa bağlıdır.
M.Saakaşvilinin prezident olduğu dönəmdə Gürcüstanda aparılan köklü islahatlar bu gün də qonşu ölkəyə öz müsbət nəticələrini verməkdə davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol