
Saakaşvilinin siyasi erası artıq bitib
Saakaşvilinin siyasi erası artıq bitib
Yusif Nəzərli
07:50 05.11.2021
Aktual
391
Qərb Gürcüstanda növbəti inqilabda maraqlı görünmür
Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan sabiq prezident Mixeil Saakaşvili ilə bağlı mövqeyini dəyişməyəcəyini bildirib. Prezident qeyd edib ki, onun eks-prezident Mixeil Saakaşvilini əfv etmək fikri yoxdur. Onun sözlərinə görə, keçmiş prezident nə siyasi dustaq, nə də günahsız qurbandır: “Əfv olunması ilə bağlı qərarım qəti və dəyişməzdir - yox, heç vaxt. O, ölkəyə qanunsuz girmiş məhkumdur. Gəlişinin də səbəbi ölkədə qeyri-sabitlik yaratmaq olub”.
Prezidentin sözlərinə görə, Saakaşvilini “xüsusi dustaq hesab etmək lazımdır”. Bu isə öz növbəsində penitensiar sistem və hökumətin xüsusi diqqətini tələb edir. Məlumat üçün deyək ki, Xüsusi Penitensiar Xidmət Saakaşvilinin vəziyyətinin pisləşməsi barədə xəbəri təkzib edib. Qurumun məlumatında deyilib ki, Saakaşvilinin səhhətinə tibbi heyətin nəzarət edə bilmədiyi haqda xəbərlər həqiqətə uyğun deyil:
“Saakaşvilinin vəziyyəti sabitdir. Müəssisənin həkimlərinin daimi nəzarəti altındadır. Səhhətinə təhlükə yoxdur”.

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə vurğulayıb ki, Gürcüstanda seçkilərin ikinci turu baş tutdu və Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" Partiyası məğlub oldu. Analitikə görə, seçki öncəsi ölkəsinə gizli qayıdan Saakaşvili hesab edirdi ki, xalqı ayağa qaldıracaq və hakimiyyəti dəyişə biləcək:
“Qərbin onun növbəti inqilabına dəstək verəcəyini zənn edirdi. Baş verənlər heç də Saakaşvilinin planladığı kimi olmadı. Hətta həbsinə görə, tərəfdarları da kütləvi aksiyalara getmədi. Bu onu göstərir ki, Saakaşvili siyasi erası Gürcüstanda bitib.
Ümumiyyətlə, Qərb artıq Gürcüstanda növbəti inqilabda maraqlı deyil və ABŞ-ın müdafiə nazirinin ötən həftə Tbilisiyə səfərində Saakaşvilinin həbsdən azad olunmasına gətirib çıxarmadı. Qərb “Gürcü Arzusu” Partiyası ilə işləməyi üstün tutdu və Saakaşviliyə görə Rusiya ilə gərginlik yaratmaqdan yayındı. Saakaşvili üçün ən doğru addım bundan sonra həbsdən azad olunub, Ukraynaya qayıtmaq, orada fəaliyyət göstərməkdir.
Soydaşlarımız siyasi proseslərdə aktiv olmalı və Gürcüstan xalqı ilə eyni müstəvidə hərəkət etməlidir. Onların Saakaşvilini dəstəkləməsi onların əleyhinə çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol