Sahibə Qafarova Fransa səfiri ilə görüşüb
Yusif Nəzərli
14:58 16.03.2022
Aktual
593
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Fransanın ölkəmizdəki səfiri Zakari Qrosla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, spiker bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirərək, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlərin xüsusi rolunu qeyd edib.
Milli Məclisin sədri hazırda Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin mövcud olduğunu deyib.
Spiker ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb. Sahibə Qafarova 2020-ci və 2021-ci illərdə Fransadan olan parlament nümayəndə heyətlərinin ölkəmizə səfərlər etdiklərini, bu səfərlər çərçivəsində Gəncə şəhərində və Ağdam rayonunda olduqlarını xatırladıb. O deyib ki, fransalı parlamentarilərin ölkəmizə münasibətdə obyektiv olması və real faktlara istinad etməsi baxımından belə səfərlər vacib rol oynayır.
Görüşdə Milli Məclisin sədri Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qərəzli qətnaməsinə də toxunaraq, vurğulayıb ki, bu qətnamə tamamilə Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin bəslədiyi yalan məlumatlara əsaslanır, Azərbaycan torpaqlarının 30 illik işğalından irəli gələn reallıqları təhrif edir. Spiker deyib ki, Avropa Parlamentinin bu qətnaməsi Aİ rəhbərliyinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində son vaxtlar göstərdiyi səylərə də tamamilə ziddir.
Söhbət zamanı spiker Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verib.
Səfir Zakari Qros ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyib. Səfir iki ölkə arasındakı dialoq və münasibətlərə toxunub, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı qeyd edib.
Regionda sülh və təhlükəsizliyin təmin olunmasından danışan səfir Z.Qros nəqliyyat və kommunikasiya layihələri, “Şərq-Qərb” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya