Sahibə Qafarova Simonyanın cavabını verdi
Yusif Nəzərli
06:20 30.03.2022
Aktual
728
Parlament sədrləri arasında mübahisə düşüb
Azərbaycan və Ermənistanın parlament sədrləri arasında mübahisə düşüb. Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının iclasında qarşılıqlı iddialarla çıxış ediblər. Çıxışı zamanı Simonyan Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib. Parlament sədri Sahibə Qafarova isə Simonyanın iddiasını cavabsız qoymayıb.
Spiker bildirib ki, Qarabağda Azərbaycan tərəfindən atəşkəsin pozulması haqqında informasiya tamamilə həqiqəti əks etdirmir. S.Qafarova vurğulayıb ki, Azərbaycanın suveren ərazisinə daxil olmuş qanunsuz erməni silahlı birləşmələri Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat həyata keçirməyə çalışıb. Lakin silahlı qüvvələrimizin cavab tədbirləri nəticəsində geri çəkilməyə məcbur olublar. Sədrin sözlərinə görə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb: “Bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur”. Parlament sədri həmçinin Ermənistanın qoşun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin dərhal Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. O, Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verdiyini vurğulayıb: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olmuş erməni hərbçiləri Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir hesab olunmur və cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Alen Simonyan isə bəyanatın Azərbaycan tərəfindən pozulması barədə təkcə Ermənistanın deyil, Rusiyanın da bəyanat yaydığını söyləyib:
“Bir daha təkrar etmək istəyirəm: Ermənistan Azərbaycana təklif edir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı dərhal danışıqlara başlanılsın”.
Milli Məclis sədri Sahibə Qafarova rəsmi Bakının Ermənistan tərəfinə yaxşı tanış 5 bəndi nəzərə almaqla, sülh müqaviləsi imzalamağı dəfələrlə rəsmi İrəvana təklif etdiyini bildirib. Simonyan isə rəsmən bəyan edib ki, bu bəndlər Ermənistan üçün qəbulediləndir: “Hesab edirik ki, bəzi aspektlər əlavə olunarsa, onların icrasına başlaya bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya