Savaşın bitəcəyi tarix açıqlandı
Yusif Nəzərli
04:40 16.03.2022
Aktual
686
Mayın əvvəllərindən gec olmayaraq sülh razılaşması reallaşa bilər
Davamlı görüşlərdə nümayəndələr ortaq məxrəcə gəlməyin mümkünlüyünü görüblər
Rusiya ilə Ukrayna arasında razılaşma 1-2 həftə ərzində imzalana bilər. Bu barədə Ukrayna prezident ofisinin rəhbərinin məsləhətçisi Aleksey Arestoviç deyib. O bildirib ki, mayın əvvəllərindən gec olmayaraq, sülh razılaşması reallaşa bilər: “Ən uzaq tarixi götürürəm”. Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin direktor müavini İqor Jovka da deyib ki, Rusiya daha konstruktiv mövqe nümayiş etdirir.
O bildirib ki, rəsmi Moskvanın mövqeyinin əvvəlkilərlə müqayisədə daha konstruktiv olduğuna inanır: “Ultimatumlar vermək, “qırmızı xətt”lər və ya kapitulyasiya istəmək əvəzinə, indi onların konstruktiv danışıqlara başladığı görünür”. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov isə vurğulayıb ki, danışıqlar Ukraynanın neytral statusunun təmin edilməsinə istiqamətlənib. Qeyd edək ki, Rusiya ilə Ukrayna nümayəndə heyətlərinin danışıqlarının 5 raundu keçirilib.
Rəsmi Kiyevin Rusiyanın mövqeyi ilə bağlı bəyanatlarını “Şərq”ə dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, Kreml Ukrayna qarşısında çox ağır şərtlər qoymuşdu. Ekspert xatırladıb ki, Moskva Krımın “Rusiya ərazisi” kimi tanınmasını, Donbasdakı separatçı “respublikaları”nın “müstəqilliyi”, ordunun tərksilah edilməsi, Qərbə təmas olunmaması mümkünsüz tələblər idi:
“Kiyev bunların heç birini qəbul edə bilməzdi. Zelenski hökuməti Kremli sülh istəməməkdə, sadəcə vaxt qazanmağa çalışmaqda ittiham edirdi. Görünür, gedişatı nəzərə alan Moskva bəzi şərtlərini yumşaldıb, yaxud vaz keçib. Davamlı görüşlərdə nümayəndələr ortaq məxrəcə gəlməyin mümkünlüyünü görüblər. Yumşalma prosesində Antalya Forumunun da rolu istisna deyil. Məhz Ankaranın vasitəçiliyi ilə Lavrovla ukraynalı həmkarı bir araya gələ bildi. Rusiyanın daha normal tələblər irəli sürməsi Kiyev tərəfindən yumşalma kimi dəyərləndirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya