
Tahir Kərimli: Rusiya həmişə türk xaqlarına, müsəlmanlara qarşı qəddarlığı ilə seçilib
09:38 30.06.2025
Aktual
437
SSRİ xiffəti: Bütün bu cinayətlərin başında Kreml dayanır
B.Yeltsinin həyata keçirə bilmədiklərini ondan sonra gələnlər yerinə yetirir
"Rusiyanın Yekaterenburq şəhərində "OMON" xüsusi təyinatlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşilik bir daha sübut etdi ki, Rusiya öz mahiyyətindən dönmür".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyası Baş Məclisinin sədri, keçmiş millət vəkili Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, bəzən Rusiyanı başa düşməyin çətin olduğunu deyirlər:

"Rusiya həmişə qəddar olub, türk xaqlarına, müsəlmanlara qarşı qəddarlığı ilə seçilib. Hər zaman da Pravoslav Rus Kilsəsi onları müdafiə edib. Stalin dövründə "troyka"lar, yəni üçlüklər var idi, formal məhkəmələr keçirərək insanları güllələyirdilər. İndi Rusiya "OMON"-ları göz baxa-baxa, məhkəməsiz, hətta polis şöbələrinə aparmadan miqrantları elə evindəcə qətlə yetirirlər. Yaxud, həbsxanalarda işgəncə verirlər. Xüsusən, bu yanaşma azərbaycanlılara qarşı daha genişmiqyaslıdır. Təbii ki, burada təkcə erməni barmağından danışmaq olmaz. Rusiyanın özünün də türk-müsəlman xalqlarına nifrəti açıqdır. Çox acınacaqlı vəziyyətdir".
Sabiq deputat vurğulayıb ki, yüzminlərlə rəsmi, qeyri-rəsmi isə milyonlarla soydaşımız Rusiyada yaşayır:
"Daim onlara qarşı ayrıseçkilik olub. Hətta özlərinin dostluq cəmiyyətlərini yaratmağa imkan verməyiblər. Məhkəmə qərarı olmadan azərbaycanlılara məxsus təşkilatların fəaliyyətinə xitam verilib. Bunlar dincəlmək bilmirlər, SSRİ-nin xiffətini çəkirlər. Bütün bu cinayətlərin başında Kreml dayanır. B.Yeltsinin həyata keçirə bilmədiklərini ondan sonra gələnlər yerinə yetirir. Rus xalqında şovinizm o qədər dərinə işləyib ki, dünyada özülərinə ən yaxın xalq olan ukraynalılara belə zülm edirlər, torpaqlarını işğal edirlər. Ölkəni cəhənnəmə çeviriblər".
Tahir Kərimli əlavə edib ki, ruslar özlərindən "etnocinayət" adlı yeni anlayış meydana gətiriblər:
"Guya etniklər Rusiyada ancaq "etnocinayətlərlə" məşğuldurlar. Halbuki, Orta Asiyadan və digər yerlərdən gedənlər bir tikə çörək pulu qazanmaq üçün ağlagəlməz işlərdə, rusların yaxınlaşmadığı çirkli işlərdə belə çalışırlar. Ruslar bunu görmür. Üstəlik, Dumanın vitse-spikeri Pyotr Tolstoy deyir ki, "etniklərə qarşı amansız olmaq lazımdır, əgər onlar rus pasportu alıbsa, digər dövlətlər bu işə qarışmamalıdır". Axı açıq-aşkar bəllidir ki, onlar qeyri-rus olduqlarına görə belə münasibətə məruz qalırlar. Buna necə qarışmamaq olar?! Başımıza nələr gətiriblər. Qorxa-qorxa çox şeyi deməmişik. Məgər Xocalı soyqırımını 366-cı rus motoacı alayı törətmədimi? Bəziləri deyir ki, o zaman sovet imperiyası idi. Nə dəxli var? Kreml rəhbəri özü qeyd edir ki, Rusiya SSRİ-nin davamıdır, hüquqi varisidir və s. Dünyanın hər yerindən erməniləri toplayıb bizim torpaqlarımızda "erməni dövləti" düzəldiblər. Yüzillər boyu bizi soyqırıma məruz qoyublar. Ermənilər içərisindən generallar oldurdu, amma bizi əsgərliyə aparmırdılar ki, silah tutmağı tamamilə unudaq. Yəni rusların nifrəti həmişə üzdə olub. Dəfələrlə bənzər hadisələrin şahidi olmuşuq. Ay Rusiya, nə istəyirsən bizdən? İllər öncə demişdim ki, Rusiya nəhəng ola, bizi öldürə bilər, amma qorxutmaq, iradəmizi sındırmaq olmaz. Çünki azərbaycanlılar öz müstəqil dövlətini qurmuş bir xalqdır. Bu məsələdə Azərbaycan dövləti də, xalqımız da eyni mövqedədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual