Tarixçi-alimin Naxçıvanın 100 illiyinə həsr olunan kitabı işıq üzü görüb
Yusif Nəzərli
21:38 08.07.2024
Aktual
570
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəl¬səfə doktoru, dosent Arzu Abdullayevin uzun¬müddətli elmi tədqiqatlarının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” kitabı çap olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, çox aktual və əhəmiyyətli bir mövzuya həsr olunan kitabda Naxçı¬van diyarı və onun tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhərindən söhbət açılır. Nəşrdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərinin XIX əsr tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi şəhər tarixinin öyrənilməsi, tədqiqatçılar, alimlər, tələbə və magistrantlar üçün zəngin mənbə rolunu oynayır. Fənnin öyrə¬nil-məsinin aktuallığı kifayət qədər yüksək səviyyədə əsaslan¬dırıl¬ıb, obyekt və predmeti, məqsəd və vəzifələri aydın və axıcı bir dillə izah edilib.
Kitabda “Ön söz”ün müəllifi AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə, elmi redaktoru akademik Nərgiz Axundova, rəyçilər isə professorlar Oqtay Sultanov və Zeynal Həsənalıyevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual