"Turan birliyi" coğrafiyanın bütün xalqlarını öz qanadı altına alacaq - Politoloq
10:34 14.11.2021
Aktual
2348
“Türk birliyi addım -addım daha böyük məvhum olan Turana doğru addımlayır”.
Bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib. O qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından sonra Türk Dövlətləri Təşkilatı yarandı: “Bir sonrakı adının Turan olacağı mütləqdir. Türk dünyasının oyanışı Türkiyənin dirçəlişi ilə başladı və Azərbaycanın dəstəyi ilə irəlilədi. Təşkilat Orta Asiya respublikalarının qoşulması ilə gücləndi. Turan ideyasının mahiyyətini anlamaq, onun tarixi dəyər və mənasını dərk etmək türk dövlətlərinə asan başa gəlmədi. Bu, illərlə aparılan oyanış və dirçəliş təbliğatının nəticəsi kimi meydana çıxdı. Türk dünyasının soykökünün, adət-ənənələrinin, tarixi zəfərlərinin, tarixi qəhrəmanlarının yenidən yada salınması nəticəsində, türkə öz keçmişini xatırlatmaqla mümkün oldu”.
A.Qasımov əlavə edib ki, türkün birliyi Türkiyə-Azərbaycan qardaşlığından başladı:
“Qarabağ zəfəri ilə isə öz gücünü isbat etdi, türk dövlətlərinin daha da sıx şəkildə bir-birinə bağlanmasının vacibliyini göstərdi. "Turan birliyi" ideyası artıq geri dönməz yola qədəm qoyub. Bu birliyi istəməyənlər, qarşı olanlar da bunu yaxşı başa düşürlər. Gərginliyin əsas səbəbi də buna görədir. "Turan birliyi" coğrafiyanın bütün xalqlarını öz qanadı altına alacaq. Heç kim özünü zəif və müdafiəsiz hiss etməyəcək. Gələcək türkündür. Gələcək Turan birliyinindir!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol