Türk Dövlətlər Təşkilatı Ukrayna savaşına mövqe sərgiləməlidir
Yusif Nəzərli
05:36 30.03.2022
Aktual
583
"Rusiyanın Ukrayna üzərinə göndərib məhv etdirdiyi hərbçilərin əksəriyyəti türklərdir"
Tanınmış tarixçi-alim, professor, sabiq deputat Nəsib Nəsibli Türk Dövlətləri Təşkilatının (TDT) Rusiya-Ukrayna müharibəsi ilə bağlı konkret mövqe sərgiləməsinin vaxtının çatdığını deyib. Alim vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının zirvə toplantısının tam zamanıdır. Hətta Nəsib Nəsibli bunun üçün kifayət qədər gec qalındığını bildirib: “Türk Dövlətləri Təşkilatı Ukrayna savaşına ortaq münasibət bildirməklə varlığını xatırlatmış olardı. Onlayn konfransla yumşaq da olsa bəyanat vermək mümkündür”.
Tarixçi-alimin təklifini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Həsrət bunun müsbət təşəbbüs olduğunu deyib. Analitikə görə, ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi və bənzər böyük hadisələrdə Türk Dövlətləri Təşkilatı məsləhətləşmələr aparmalı, ortaq mövqedən çıxış etməlidir:
“Prosesdə Türkiyə onsuz da fəaldır və Kiyevlə Moskva arasında vasitəçilik etməyə çalışır. Bunlar müsbət məqamlardır. Amma TDT regional təşkilat kimi belə məsələlərə mövqe sərgiləməlidir. Söhbət ondan getmir ki, mütləq kimisə, hansısa tərəfi ittiham etməliyik, yaxud kiminsə tərəfini tutmalıyıq. Ən azından təşkilat olaraq münaqişə tərəflərini ortaq məxrəcə gələrək problemləri dinc yolla həll etməyə çağıra bilərik. Yumşaq diplomatiya dili ilə belə bir çağırış mümkündür. Kimsə deyə bilər ki, türk dövlətləri hara, Rusiya, Ukrayna hara?! Bu, belə deyil. Həm Rusiya, həm də Ukrayna tərkibində türk toplumları var. Şəxsi müşahidələrimə görə, Rusiyanın Ukrayna üzərinə göndərib məhv etdirdiyi hərbçilərin əksəriyyəti türklərdir. Çoxu tatarlar, çuvaşlar, başqırdlar, noqaylar, qaraçaylar, balkarlardan ibarətdir. Sanki qəsdən, seçərək göndərirlər. Ona görə də TDT bu müharibənin bir an öncə dayandırılmasına, problemin masa arxasında çözülməsinə çağırış etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya