Türkiyənin gənc işçi qüvvəsi Avropa bazarını fəth edə bilər
Yusif Nəzərli
09:10 01.04.2022
Aktual
1036
Ona görə Avropa qapılarını Ankaranın üzünə bağlayıb
“Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir. Əslində Ukraynanın Avropa İttifaqı məsələsində də çox israrlı olacağını düşünmürəm.
Çünki bəziləri istisna olmaqla, Avropa İttifaqına üzv dövlətlər buna ciddi yanaşmadılar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Bütün bunlara baxmayaraq, mən cənab Putinin Ukraynanın Avropa İttifaqına daxil olmasına müsbət münasibətini eşitdim və öyrəndim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Onunla görüşüm zamanı bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək.
Bilirsiniz, 1963-cü ildən bəri Avropa İttifaqı bizə nə etdi? Davamlı şəkildə yayındırdı, hələ də başımızı qatırlar.
Biz Ukraynanın təhlükəsizliyinə təminat vermək baxımından təminatçı ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, lakin sözsüz ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir”, - dövlət başçısı vurğulayıb.
Türkiyə prezidentinin Avropa İttifaqı ilə bağlı açıqlamasını “Şərq”ə dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Ərdoğanın Avropa İttifaqı ilə bağlı dediklərində haqlı olduğunu bildirib:
“İllərdir Türkiyəni tamhüquqlu üzv etməmək üçün hər cür bəhanə törətdilər. Mərkəzi hakimiyyətin də zəifliyindən istifadə edib ögey münasibətdə qaldılar. Ancaq qaçqın böhranında, bölgədə baş verən müharibə ehtimallarında Avropanın Rusiya-Türkiyə düşmənçiliyindən faydalandığının şahidi olduq. İndiki proseslərin də cərəyan etməsinin bir səbəbi Avropa Birliyi ölkələridir. Təbii ki, Türkiyənin artıq bir güc mərkəzi olaraq Aİ-yə bu cür münasibət göstərməsinin ayrıca haqlı tərəfləri var”.
Ekspert eyni zamanda Avropa İttifaqının Türkiyəyə qarşı münasibətinin səbəblərindən danışıb:
“Türkiyənin əhalisi çoxdur, ərazisi böyükdür və gənc işçi qüvvəsinə malik olan bir dövlət kimi Şengen vizasının da tətbiq olunacağı bir dönəmdə Türkiyə gəncləri Avropa əmək bazarını fəth edəcəklər.
Türklər bu mənada işgüzardırlar. Biznes sferalarında da çox ciddi şəkildə inkişaf edirlər.
Biz Almaniya nümunəsində bunun şahidi ola bilərik. Ona görə də, bu, Türkiyənin Avropanın içərisinə daxil olub inkişafını şərtləndirəcək böyük bir amil kimi görünür. Onlar bu cazibəni ona vermək istəmirlər.
Tükiyəni coğrafi, siyasi və sivilizasiya mənasında Şərqdə, Suriyanın, İranın, İraqın qonşuluğunda saxlamağa çalışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya