Ukraynadan Türkiyəyə qonşularını da gətirdi
Yusif Nəzərli
06:38 15.03.2022
Aktual
640
"Mehriban qonşularımız bizə mənzillərinin qapısını açdı"
Daha bir həyat hekayəsi. “Şərq” “Milliyet.com”da yer alan hekayəni təqdim edir. Ticarətlə məşğul olan 45 yaşlı Sinan Dolgan 10 il əvvəl Ukraynanın Xarkov şəhərinə köçüb. Orada 38 yaşlı Olqa ilə evlənib. 2 qızları var. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqda Sinan Dolgan Türkiyəyə qayıtmaq qərarına gəlib. Amma təkcə öz ailəsini düşünməyib. Çətin günlərdə bir-birilərinə arxa, dayaq olduqları qonşuları – Mariya ilə fiziki qüsurlu həyat yoldaşı Andrey Slonovu və onların övladları Artyomla Arinanı da özləriylə Türkiyəyə gətiriblər. Sinan Dolgan 4 gün ərzində digər insanların təxliyəsinə yardım edib, bu müddət ərzində ailəsini Slonovlara əmanət edib. İkinci təxliyə zamanı isə artıq özləri Türkiyəyə gəliblər. İki ailə Xarkovdan Çernivtsiyə, oradan Rumıniyaya, sonra da təyyarə ilə İstanbula uzun, yorucu yol qət edib. Hazırda Dolgan və Slonovlar ailəsi Sinanın İstanbul, Çatalcadakı mənzilində yaşayır. Sinan Türkiyəyə qayıdışını belə anladıb: “Hər an həyatımız təhlükə altındaydı. İlk hava hücumu zamanı böyük qaçış oldu. Əhali şəhəri tərk etmək istəyirdi, amma yollar bağlıydı. Aramızda azərbaycanlılar, türkmənlər də vardı. Heç bir əşyamız yox idi. Yolda ərzaq sıxıntısı yaşadıq. Övladlarımızı düşündük, qərar verdik və Türkiyəyə gəldik. Qonşularımızı orada çarəsiz buraxa bilməzdik. Onlara “Avropamı, Türkiyəmi, deyə sual verdim, “Türkiyə!” dedilər. Türkiyəni seçdilər. Rumıniyadan təyyarə ilə gəldik. Dövlətimə təşəkkür edirəm”. Mariya Kramarenko isə Vətəninə dönəcəyi günü gözlədiyini deyib: “Burada təhlükəsizik. Uşaqlarımızın həyatı xilas edilib. Amma ölkəmi, şəhərimizi buraxıb gəldiyim üçün üzgünəm. Çox ağırdır”. Andrey Slonovun Ukraynadan çıxışına isə fiziki qüsurlu olduğu üçün icazə verilib: “Sərhədi keçəndə, ölkəmizi geridə buraxdığımızı anladım. Hamımız ağladıq. Bu, çox qəribə bir hissdir. Burada bizə hər cür şərait yaradılıb. Türkiyə dövlətinə təşəkkür edirik. Mehriban qonşularımız bizə mənzillərinin qapısını açdı. Uşaqlar birlikdə oynayır, mehribandırlar. Amma müharibə bitər-bitməz ölkəmə qayıdacam. Evim, şəhərim üçün çox darıxıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya