YAP-da vahid uçot sistemi yaradılacaq - YENİLƏNİB-2
Yusif Nəzərli
13:03 18.03.2022
Aktual
595
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Təftiş Komissiyasının üzvləri və partiyanın yerli təşkilatlarının sədrləri də iştirak ediblər.
İclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının 2021-ci il üzrə Maliyyə hesabatları” və “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədinin təsdiq edilməsi məsələləri daxil edilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 2021-ci il üzrə maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim edib.
İclasın gündəliyinin ikinci məsələsi olan “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədini təqdim edən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu sənəd siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik və bir sıra normativ-hüquqi sənədlər əsasında hazırlanmışdır və partiyada vahid uçot sisteminin yaradılmasını nəzərdə tutur.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sənədin mahiyyəti haqqında ətraflı məlumat verib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Auditorlar Palatasının sədri Vahid Novruzov sənədə dair müsbət rəyini bildirərək qeyd ediblər ki, bu sənəd Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi şəffaflıq strategiyasına uyğundur.
Daha sonra YAP İdarə Heyətinin üzvləri Bahar Muradova, Hikmət Məmmədov, Rəşad Mahmudov, Ramiz Hüseynov və Elmar Qasımov çıxış edərək sənədin əhəmiyyətini vurğulayıblar.
Müzakirələrdən sonra hər iki sənəd təsdiq olunub.
İclasa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib, iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
13:14
YAP İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın illik maliyyə hesabatı təsdiq edilib.
“Report”un xəbərinə görə, hesabat Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
12:00
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videoformatda iclası keçirilir.
"Report"un xəbərinə görə, toplantıda əvvəlcə partiyanın 2021-ci il üzrə maliyyə hesabatları müzakirəyə çıxarılacaq.
Daha sonra İdarə Heyətinin üzvləri “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti” sənədini müzakirə edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya