"YouTube" "Sputnik"in bütün resurslarını bloklayıb

"YouTube" videohostinqi "Sputnik"in bütün resurslarını bloklayıb, onlar 32 dildə artıq mövcud deyil.
APA xəbər verir ki, bu barədə "Rossiya Seqodnya" media qrupunun mətbuat xidmətinin rəhbəri Anna Starkova bildirib.
Starkova əlavə edib ki, bundan əlavə, rus dilində olan resurslar da bloklanıb – bu, ilk növbədə, Rusiyanın ən böyük xəbər agentliyi olan RİA "Novosti" və media holdinqin rus dilində olan bütün digər resurslarıdır.
O bildirib ki, agentlik xəbəri oxuculara çatdırmağın bir yolunu tapacaq.