"Zəngəzur dəhlizinə xüsusi status verilməlidir"
Yusif Nəzərli
00:04 29.10.2021
Aktual
432
Azər Qasımov: "Çünki Zəngəzur dəhlizi tək dəmir yolu üçün yox, eyni zamanda avtomobil nəqliyyatı və gələcəkdə Naxçıvana qaz xəttinin çəkilməsi üçün lazımdır"
Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib. Bu barədə işçi qrupun Ermənistandan olan üzvü, Baş nazirin müavini Mqer Qriqoryan bildirib. Onun sözlərinə görə, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir. M.Qriqoryan vurğulayıb ki, avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur:
"Müxtəlif təkliflər var, lakin hələlik konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”.
Mövzu ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, dəmir yolunun açılacağı üzərindəki spekulyasiyalar əslində məsələnin mahiyyətini kiçiltmək cəhdidir:
"Mqer Qriqoryan açıqlamasında qeyd edib ki, sovet vaxtı bu dəhlizdə ancaq dəmir yolu olub, avtomobil yox. Bu baxımdan da tək dəmir yolundan danışmaqla o, məqsədli şəkildə məsələnin əsas məğzindən yayınmağa çalışır. Çünki Zəngəzur dəhlizi tək dəmir yolu üçün yox, eyni zamanda avtomobil nəqliyyatı və gələcəkdə Naxçıvana qaz xəttinin çəkilməsi üçün lazımdır. Fikrimcə, Zəngəzur dəhlizinə xüsusi status verilməlidir. Və bu, mütləq yeni müqavilədə qeyd olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm