
"Zorla gözəllik olmaz": Ermənistan açıq şəkildə bəyan edib ki, KTMT-də qalmaq istəmir
12:02 30.06.2025
Aktual
337
Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan toplantıya qatılmayıb. Bununla belə, ölkənin nümayəndəsinin videobağlantı vasitəsilə müzakirələrə qoşulması istisna edilmir. Ermənistan XİN isə hələlik bu qərarla bağlı ictimaiyyətə hər hansı açıqlama təqdim etməyib.
Toplantıda beynəlxalq və regional hadisələrin KTMT ölkələrinin təhlükəsizliyinə təsiri ətrafında fikir mübadiləsi aparılacaq. Həmçinin informasiya təhlükəsizliyi, Yaxın Şərqdə terrorçuluq və ekstremizmə aparan radikallaşma ilə mübarizə məsələləri gündəmdə olacaq.
İştirakçılar eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Mərkəzi Asiya və Əfqanıstan üçün regional mərkəzin yaradılması ideyasını da müzakirə edəcəklər.
Bununla yanaşı, KTMT-nin gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əməkdaşlıq perspektivləri də iclasın əsas mövzuları sırasındadır.
Politoloq Samir Hümbətov Sherg.az-a bildirib ki, Ermənistan tərəfi açıq şəkildə bəyan edib ki, KTMT-də qalmaq istəmir:

"Bu, həm baş nazir, həm də parlament səviyyəsində səsləndirilib. Deməli, Ermənistanın təşkilatda qalmaq niyyəti yoxdur.
Rəsmi İrəvan KTMT-nin Qarabağ məsələsində Ermənistana yardım etməməsi və s. kimi müxtəlif bəhanələr göstərir. Lakin reallıq ondan ibarətdir ki, Ermənistan Qərbə inteqrasiyanın tərəfdarıdır və bütün strategiyasını da bu istiqamətdə qurur. Bu baxımdan, Ermənistan rəsmilərinin belə fikirlər səsləndirməsi tamamilə təbii qarşılanmalıdır. Ermənistan artıq təşkilatdan uzaqlaşmaq qərarı verib. İstər KTMT, istərsə də digər qurumların Ermənistanı zorla cəlb etmək mümkün deyil. Artıq Ermənistan KTMT-yə üzvlük haqlarını da ödəmir. Təxminən iki il öncə Vladimir Putin KTMT dövlət başçıları səviyyəsində keçirilən görüşdə Ermənistanın iştirakını istəsə də, bu, reallaşmadı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual