Qubada avtomobillə vurulan 79 yaşlı qadın ölüb




 


Qubada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Qonaqkənd yolunun II Nügədi kəndi ərazisində rayon sakini, 24 yaşlı Nəsib Qubatov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 79 yaşlı Mirzəliyeva Sərfinaz Şirinbəy qızını vurub. Ağır bədən xəsarətləri alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.