Tbilisidə etiraz aksiyası başa çatıb

Gürcüstanda parlament binası qarşısında etiraz aksiyası başa çatıb.

Bu haqda APA-nın Tbilisidəki müxbiri məlumat verib.

Məlumata görə aksiya iştirakçıları artıq parlament binasının qarşısındakı ərazini boşaldaraq dağılışırlar.

Polis aksiyanı dağıtmaq üçün heç bir addım atmayıb.