Aysel Əlizadənin namizədliyi qeydə alındı








Yazar-publisist Aysel Əlizadənin deputatlığa namizədliyi qeydə alınıb.

Bu haqda musavat.com-a yazarın seçki qərargahından məlumat verilib. Qərargahın məlumatına görə, tələb olunan imzalar dairə seçki komissiyasına təqdim olunub. DSK həmin imzaları yoxladıqdan sonra A.Əlizadənin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Aysel Əlizadə seçki yarışına 8 saylı Binəqədi 1-ci seçki dairəsindən qatılıb. Onun namizədliyi "125-lər” Siyasi Klubu tərəfindən irəli sürülüb.