Bursada 70 yaşlı Abdullah Baraman, baş ağrısı şikayətiylə getdiyi və 47 ildir qaldığı Muradıya dövlət xəstəxanasındakı otağında həyatını itirdi.
Hərbi xidmətdən sonra qayıtdığı Bursada xəstələnən Abdullah Baraman, 47 il əvvəl Muradıya dövlət xəstəxanasına müalicə almağa getdi. Qısa müddətdə xəstəxana rəhbərliyinin sevgisini qazanan və xəstəxanada qalmasına icazə verilən Baraman, bir daha çölə çıxmadı. Şəkər və asma xəstəliyi olan Abdullah Baramanı həkimləri və xəstəxana rəhbərliyi, xəstəxanadan buraxdıqdan sonra, təkrar geri döndərdilər. İllərini xəstəxanada keçirən Baraman, keçən həftənin cümə günü 47 ildir qaldığı xəstəxanada həyatını itirdi. Baramanın cənazəsi ata yurdu İnegöldə torpağa verildi. Abdullah Baramanın xəstəxanaya yerləşdiyi müddət içərisində onun müalicəsini boynuna götürən həkimlərin, xəstəxananın baş həkimlərinin sayını kimsənin bilmədiyini söyləyən xəstəxana idarəçiləri, "Xəstəxanamızın bir adamı kimi idi. Yaşıl kartı olduğu üçün ona sahib çıxırdıq. Bayramın ikinci günü xəstələndi, qurtara bilmədik" deyib.