Obama, BMT-nin 70-çi il dönümü münasibəti ilə düzənlənən açılış iclasında danışıb.
O, Suriyadakı böhran, IŞİD, Bəşər Əsəd, Avropaya köç edən qaçqınlarla bağlı əhəmiyyətli mövzulara toxunub. Obamanı ön sıralarda dinləyən xarici işlər naziri Con Kerrinin isə bu müddətdə əsnəməsi kameralara əks olundu.
BMT toplantısı üçün son günlərdə Nyu Yorkda olan dünyanın müxtəlif ölkələrinin xarici işlər nazirləri ilə sıx danışıqlar aparan Kerrinin bu tempə məğlub olduğu göründü.