Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı əməliyyatları davam etdirir.
Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Şimali İraqdakı PKK mövqelərinə endirilən hava zərbələri nəticəsində 19 terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Paralel olaraq Hakkarinin Çukurca bölgəsində də terrorçulara zərbələr endirilib. Burada 6 terrorçunun ölüsü ələ keçirilib.
Qeyd edək ki, Türkiyə ordusu bu ilin yayından başlayan anti-terror əməliyyatlarında minə yaxın PKK üzvünü öldürüb. Terror aktları nəticəsində isə onlarla türk əsgəri, polisi və mülki vətəndaşlar ölüb və yaralanıb.