Vəhşilik: Atasını çəkiclə öldürdü





Bursada bir gənc,  yük maşınıdan yıxıldı deyərək xəstəxanaya apardığı atasını çəkiclə başına vuraraq öldürdüyü ortaya çıxdı və həbs olundu.

Əldə edilən məlumata görə hadisə, qurban bayramının ikinci günü Yunusemre məhəlləsində baş verib. İddiaya görə, 27 yaşlı Enver A, başından yaralanan atası Əhməd A-yı (58), xəstəxananın təcili xidmətinə apararaq, yük maşınıdan yıxıldığını söyləyib. Vəziyyəti ağır olan yaşlı adam, ilk müdaxiləsinin ardından dərhal Uludağ Universiteti Tibb Fakültəsi xəstəxanasına sövq edildi. İki gün reanimasiyada qalan Əhməd A, şüuru yerinə gəlib danışa bilmədən həyatını itirdi.(milliyet.com)
Prokurorluq, başında çoxlu sayda zərbələr olan Əhməd A.ın şübhəli olan ölümü ilə əlaqədar istintaqa başlayıb. Polis Enver A-ın ziddiyyətli ifadələrindən şübhələnib. Şahidlərə yetişən qruplar, ata-oğulun yük maşını qarajında mübahisə etdiyini və şübhəli Enver A.ın əlindəki şəkici sağa, sola sovurduğu məlumatını verdi. Nəzarətə alınan Enver A, atasını öldürdüyü iddiasıyla həbs olundu.