Bakıda "Qanun” nəşriyyatından oğurluq olub. Hadisə 4 gün əvvəl gecə saatlarında baş verib. İçərisində 13 min dollar olan seyf nəşrlər evindən oğurlanıb.
Oğurluq hadisəsi ilə bağlı nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Hadisə ilə əlaqədar "Qanun”un işçiləri polis bölməsinə aparılaraq, dindirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
"Qanun” Nəşrlər Evində baş verən oğurluq hadisəsi ilə bağlı danışan Şahbaz Xuduoğlu isə bildirib ki, təhqiqat işləri davam edir: "Araşdırmalar aparılır, konkret kiminsə üzərində dayanılmayıb. Şübhəli bilinən şəxslər var. Biz də nəticəni gözləyirik. Ümid edirəm, məsələ müsbət həllini tapar”.
Şəymən