"Məni seçin bütün suriyalıları qovum"






2016-cı ildə  ABŞ-da keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasıdan namizəd olan Donald Trump, qaçqınların əleyhinə açıqlamaları ilə gündəmə gəlib.O, prezident seçiləcəyi təqdirdə Obama rəhbərliyinin qəbul etdiyi Suriyalı qaçqınları ölkədən qovacağını söyləyib.

İmmiqrant əleyhdarı kimi tanınan Trump, əvvəl də ABŞ-da qeyri-qanuni olan 11 milyon meksikalını ölkədən qovacağına eyham vurmuş və sərhədə divar hörülməsini təklif etmişdi.