Konyada kişi, bir nəfərin vasitəçiliyi ilə tanış olub evləndiyi Suriyalı həyat yoldaşının, toy səhəri qızıl və əşyalarla qaçdığı iddiasıyla prokurorluğa müraciət edib.
İddiaya görə, Çumra qəsəbəsində çalışan Fəth Şam (32), Mersində məskunlaşan Suriya vətəndaşı Mirfet H. ilə tanış olub. Şam, tanış olduğu qadınla evllənmək qərarına gəlib.
Avtomobillə Çumra qəsəbəsinə gələn cütlük, ailəsiylə toy alverinə çıxıb. Suriyalı gəlinə 6 min lirəlik qızıl əşyalar və 3 min lirə dəyərində paltar alııb.
Toyun səhəri oyanan Fəth Şam, həyat yoldaşının, qızıl və digər əşyaları da götürüb qaçdığını görüb.
Toyda çəkilən şəkillərlə Jandarmaya gedən Şam, daha sonra Konya Ədliyyəsinə gəlib. O, aldadıldığını bilirərək, prokurorluğa şikayətçi olub.
"Mən qızı bəyəndim. Birlikdə Çumraya gəldik. Qızıl və paltarlarını aldıq, toy etdik. Gecə yatdıq, səhər duranda artıq yox idi. Umumilikdə 18 min lirəm getdi. Dövlətimizdən kömək istəyirəm".