Türkiyə paytaxtında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, Ankarada şəhər daxilində sərnişin daşıyan avtobus idarəetmədən çıxıb və dayanacaqda gözləyən insanları əzib. Nəticədə 11 nəfər ölüb, 8 nəfər isə ağır bədən xəsarətləri alıb.
Paytaxt valiliyindən verilən açıqlamada bildirilir ki, Cəbəci qəsəbəsində təkəri boşalan avtobus dayanacağa girib. Nəticədə bu faciə baş verib.