Ərindən gizli əməliyyat ölümlə sonuclandı









Rusiyada 25 yaşlı gənc ana Katya Klementieva ərinə xəbər vermədən sinə böyütmə əməliyyatında həyatını itirdi. Əməliyyat zamanı ümumi anestezi verilən 25 yaşlı qadın bütün ağrını hiss etdiyi halda həkimləri xəbərdar edə bilmədi. Gənc ananın əməliyyat zamanı hər şeyin səhv getdiyini hiss etdiyi və qorxunc hadisə boyunca şok halında bütün ağrıya dözdüyü aydın oldu. Yazıq qadın dözülməz ağrılara baxmayaraq həkimləri xəbərdar edə bilmədi və təəssüf ki, həyatını itirdi.

Katyanın həyat yoldaşı 30 yaşlı Maksim isə arvadının hansı səbəbə belə bir addım atdığını anlaya bilmədiyini söylədi. O, deyir ki, heç vaxt xanımının bədəni ilə bağlı mənfi fikir söyləməyib.
Tanış olduqları zamanı hələ 18 və 20 yaşlarında olan, bir-birlərini uşaqlıq eşqləri ilə sevən gənc cütlüyü qorxunc əməliyyat ayırdı. Cütlüyün 8 yaşında bir də oğulları da var.