Qadınlar 65-70 yaş arasında ana olur: xərçəngə tutulmurlar










Hunza türklərinin tarixi Hun türklərinə gedib çıxır. Pakistan və Hindistan sərhədində yaşayan bu insanların çox maraqlı bir xüsusiyyəti var. Tamam müsəlman olan hunza türkləri ortalama 110 və ya 120 il yaşayırlar. Burada 65 yaş yolun yarısı sayılır. Qadınlar 65-70 yaş arasında ana olur. 100 yaşında ölənlərə gənc öldü deyilir. Yolun yarısının 65 yaş olduğu bu tayfada qadınlar, 65-70 yaşında uşaq dünyaya gətirirlər. Hunza türklərinin çox maraqlı bir tərəfi də burada heç vaxt xərçəng xəstəliyinin yaşanmamasıdır. Bu türklər xərçəngə tutulmadıqları kimi digər geniş yayılmış xəstəliklərə də tutulmur. Elm adamlarının diqqətini çəkən bu ömür müddəti onları araşdırma aparmağa yönəldib. Bunun səbəbi dənizdən 6 min metr yüksəklikdə, oksigenin bol olduğu bir bölgədə yaşamalarıdır. Buz kimi təmiz su içib, öz becərdikləri tərəvəz və meyvələri yeyirlər. Hunza türklərinin ət və ədviyyatlı yeməkləri çox məşhurdur.