Sumqayıtda avtomobil dayanacağa girdi - yaralılar var




Bu gün Sumqayıtda minik avtomobili ağır qəza törədib. Lent.az-ın məlumatına görə, 11-ci mikrorayonda, Koroğlu prospektində minik "Lada-Priora" avtomobili idarəetmədən çıxıb və sərnişinlərin olduğu avtobus dayanacağına çırpılıb. Nəticədə iki nəfər piyada dayanacağın içində sıxılmış vəziyyətdə qalıb, şüşə qırıntıları onların üstünə tökülüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polislər gəlib.